12px13px15px17px
Tarix:20/06/14

İyul ayında “Apple” şirkəti “iWatch” istehsalına başlaya bilər

“Apple iWatch” “ağıllı” saatın istehsalına iyul ayında, satışına isə oktyabr ayında  başlanıla bilər.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Apple” hələ ki, “ağıllı” saatın təqdimatını keçirməyib, lakin bununla bağlı şayiələr çoxdan yayılır. Ehtimal edilir ki, onlar “iWatch” adlanacaq və 2,5 düym diaqonallı sensor ekranla təchiz ediləcəklər.

Saatı “Quanta Computer” Tayvan şirkəti istehsal edəcək. Hazırda şirkətin zavodlarında noutbuklar və “iPod” qurğuları yığılır. Bu arada ekranların istehsalı ilə “LG” şirkəti, puls ölçən sensor istehsalı ilə isə “Heptagon” Sinqapur şirkəti məşğul olacaq.

“Ağıllı” saat buraxılışından sonra birinci il ərzində “Apple” bazara 50 milyon qurğu təqdim etmək niyyətindədir.

Mənbə onu da bildirib ki, “iWatch” yalnız “Apple” qurğuları ilə uyğunlaşdırılıb. Saatı qismən ekran vasitəsi ilə idarə etmək mümkün olacaq, lakin funksiyaların əksəriyyətindən smartfon və ya planşetdəki əlavələr vasitəsi ilə istifadə etmək mümkün olacaq.

Şayiələrə görə, “Apple” şirkətinin yeni qurğusu orqanizmin vəziyyətinə nəzarət etməklə yanaşı, kommunikasiyalar  üçün – mesajlar, zənglər və elektron məktubların yoxlanılması üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva



Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024