Tarix:25/06/14
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Toughpad” xətti xüsusi xidmət orqanları, hərbçilər, nəqliyyat, fabrik işçiləri üçün nəzərdə tutulub. Bu xəttə məxsus qurğular su və toza qarşı (IP65/IP68 standartı) davamlıdır, cihazı yarım metr dərinliyində suya salaraq 30 dəqiqə ərzində saxlamaq olar. Aparatlar zərbəyə, 3 metrədək hündürlükdən düşməyə davamlıdır.
HD təsvir ölçülü ekranın üzərinə 80 santimetr hündürlükdən 400 qram ağırlığında polad kürə düşsə, ekran çatlamayacaq. Bundan başqa, “Toughpad” -20-dən +60-dək temperaturda işlək vəziyyətini saxlayacaq. Videoünsiyyət üçün 1,3 meqapiksellik kamera, arxa paneldə isə işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik kamera mövcuddur.
Yeni “FZ-E1” modeli 2,3 QHs takt tezlikli “Snapdragon 800” prosessoru ilə təchiz edilib və "Windows Embedded 9.1 Handheld” əməliyyat sistemi quraşdırılıb. Digər model, “FX-X1” 1.7 QHs takt tezlikli “Snapdragon 600” prosessoru ilə təchiz edilib və ona “Android 4.2.2” versiyası quraşdırılıb. Hər iki fablet 32 QB daxili yaddaş, 2 QB əməli yaddaş, “microSD” slotu və 6200 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Emil Hüseynov
“Panasonic”dən iki yeni planşet
“Panasonic” şirkəti “Toughpad” planşet seriyasına iki yeni model əlavə edib. Əgər 5 düymlük fableti beton lövhə üzərinə vursaq və ya suyun içərisində saxlasaq, cihaza heç nə olmayacaq, daxili qızdırıcı isə mənfi temperaturla mübarizədə kömək edəcək.“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Toughpad” xətti xüsusi xidmət orqanları, hərbçilər, nəqliyyat, fabrik işçiləri üçün nəzərdə tutulub. Bu xəttə məxsus qurğular su və toza qarşı (IP65/IP68 standartı) davamlıdır, cihazı yarım metr dərinliyində suya salaraq 30 dəqiqə ərzində saxlamaq olar. Aparatlar zərbəyə, 3 metrədək hündürlükdən düşməyə davamlıdır.
HD təsvir ölçülü ekranın üzərinə 80 santimetr hündürlükdən 400 qram ağırlığında polad kürə düşsə, ekran çatlamayacaq. Bundan başqa, “Toughpad” -20-dən +60-dək temperaturda işlək vəziyyətini saxlayacaq. Videoünsiyyət üçün 1,3 meqapiksellik kamera, arxa paneldə isə işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik kamera mövcuddur.
Yeni “FZ-E1” modeli 2,3 QHs takt tezlikli “Snapdragon 800” prosessoru ilə təchiz edilib və "Windows Embedded 9.1 Handheld” əməliyyat sistemi quraşdırılıb. Digər model, “FX-X1” 1.7 QHs takt tezlikli “Snapdragon 600” prosessoru ilə təchiz edilib və ona “Android 4.2.2” versiyası quraşdırılıb. Hər iki fablet 32 QB daxili yaddaş, 2 QB əməli yaddaş, “microSD” slotu və 6200 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Emil Hüseynov
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib