Tarix:25/06/14
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, servis siyasi və ictimai fəallar üçün nəzərdə tutulub.
Smartfonda müvafiq düyməni basmaqla onlar öz yaxınlarını və kolleqalarını təhlükə ilə qarşılaşdıqları haqda məlumatlandıra bilərlər.
Əlavənin xüsusiyyəti ondan ibarətdir ki, onu aktivləşdirmək üçün heç smartfonun blokunu açmağa ehtiyac yoxdur.
Əlavəyə, həyəcan siqnalı göndəriləcək üç nəfərin əlaqə məlumatları daxil edilir. Siqnal onlara SMS şəklində göndəriləcək, vəziyyət dəyişdiyi halda proqram yenilənmiş məlumat göndərəcək.
Servisin daha bir üstünlüyü ondan ibarətdir ki, o, üstüörtülü saxlanılır və smartfonda açıq göstərilmir.
"Panika düyməsi"nin istifadəçisi saxlanıldığı halda telefon xüsusi xidmətlərin və ya terroristlərin əlinə düşəcək, onlar proqramı tezliklə aşkar edə bilməyəcəklər, bu da onlarla bağlı olan insanlara vaxtında tədbir görməyə imkan verəcək ki, onların izlərinə çıxmaq mümkün olmasın. İngilis, fransız, ispan və ərəb dillərində təqdim edilmiş servis, yalnız smartfon işlək vəziyyətdə olduqda və onun balansında pul olduqda işləyir. Servisi iki ay ərzində 17 ölkədən olan könüllü testləşdirib.
Əlavələr dükanlarında yaxınları təhlükə haqda məlumatlandırmaq üçün nəzərdə tutulmuş proqramlar mövcuddur. Onlardan ən məşhuru "Circle of 6"-dır, o, zorakılıqdan qorxan qadınlar üçün nəzərdə tutulub və iki toxunuşla altı insana həyəcan siqnalı göndərməyə imkan verir.
Aynur Vəliyeva
“Amnesty International” təşkilatı təcili həyəcan siqnalını ötürmək üçün əlavə yaradıb
"Amnesty International" beynəlxalq hüquq-mühafizə təşkilatı "Android" üçün "Panic Button" əlavəsini təqdim edib."ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, servis siyasi və ictimai fəallar üçün nəzərdə tutulub.
Smartfonda müvafiq düyməni basmaqla onlar öz yaxınlarını və kolleqalarını təhlükə ilə qarşılaşdıqları haqda məlumatlandıra bilərlər.
Əlavənin xüsusiyyəti ondan ibarətdir ki, onu aktivləşdirmək üçün heç smartfonun blokunu açmağa ehtiyac yoxdur.
Əlavəyə, həyəcan siqnalı göndəriləcək üç nəfərin əlaqə məlumatları daxil edilir. Siqnal onlara SMS şəklində göndəriləcək, vəziyyət dəyişdiyi halda proqram yenilənmiş məlumat göndərəcək.
Servisin daha bir üstünlüyü ondan ibarətdir ki, o, üstüörtülü saxlanılır və smartfonda açıq göstərilmir.
"Panika düyməsi"nin istifadəçisi saxlanıldığı halda telefon xüsusi xidmətlərin və ya terroristlərin əlinə düşəcək, onlar proqramı tezliklə aşkar edə bilməyəcəklər, bu da onlarla bağlı olan insanlara vaxtında tədbir görməyə imkan verəcək ki, onların izlərinə çıxmaq mümkün olmasın. İngilis, fransız, ispan və ərəb dillərində təqdim edilmiş servis, yalnız smartfon işlək vəziyyətdə olduqda və onun balansında pul olduqda işləyir. Servisi iki ay ərzində 17 ölkədən olan könüllü testləşdirib.
Əlavələr dükanlarında yaxınları təhlükə haqda məlumatlandırmaq üçün nəzərdə tutulmuş proqramlar mövcuddur. Onlardan ən məşhuru "Circle of 6"-dır, o, zorakılıqdan qorxan qadınlar üçün nəzərdə tutulub və iki toxunuşla altı insana həyəcan siqnalı göndərməyə imkan verir.
Aynur Vəliyeva
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib