Tarix:27/06/14
Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.
Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.
Səfər zamanı nazir Əli Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb.
Bundan başqa, "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompüter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib.
Nazir Böyük Britaniyanin İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb.
Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə "Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu" öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb.
"Dorchester Hotel"-də təşkil edilən forumun açılışında nazir Əli Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər.
Daha sonra Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən təqdimatlarda ölkəmizdə bu sahədə aparılan islahatlar, görülən işlər, perspektiv planlar haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan hökumətinin hədəfi texnoloji infrastruktur və xidmətlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, aerokosmik, nüvə, nanotexnologiya, biotexnologiya, elektronika istiqamətləri də daxil olmaqla, yüksək texnologiyalar sahəsində elmi və texnoloji potensialın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və insan resurslarının təkmilləşdirilməsi vasitəsilə e-hökumətin rolunun artırılmasıdır.
Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki "Azerspace-1", orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiya Parkı, öz yeniliyi ilə seçilən "Ağ şəhər" layihəsi və yerli startaplarla bağlı məlumat verilib.
Həmçinin vurğulanıb ki, rabitə və yüksək texnologiya sektorunun inkişafına yönəldilən dövlət investisiyalarının hədəfi 2020-ci ilə qədər bu sahədə əldə olunan gəlirlərin artırılmasına bağlıdır.
Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib.
Londonda keçirilən “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” uğurla başa çatdı
23-25 iyun tarixlərində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində səfərdə olub.Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.
Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.
Səfər zamanı nazir Əli Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb.
Bundan başqa, "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompüter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib.
Nazir Böyük Britaniyanin İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb.
Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə "Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu" öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb.
"Dorchester Hotel"-də təşkil edilən forumun açılışında nazir Əli Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər.
Daha sonra Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən təqdimatlarda ölkəmizdə bu sahədə aparılan islahatlar, görülən işlər, perspektiv planlar haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan hökumətinin hədəfi texnoloji infrastruktur və xidmətlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, aerokosmik, nüvə, nanotexnologiya, biotexnologiya, elektronika istiqamətləri də daxil olmaqla, yüksək texnologiyalar sahəsində elmi və texnoloji potensialın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və insan resurslarının təkmilləşdirilməsi vasitəsilə e-hökumətin rolunun artırılmasıdır.
Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki "Azerspace-1", orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiya Parkı, öz yeniliyi ilə seçilən "Ağ şəhər" layihəsi və yerli startaplarla bağlı məlumat verilib.
Həmçinin vurğulanıb ki, rabitə və yüksək texnologiya sektorunun inkişafına yönəldilən dövlət investisiyalarının hədəfi 2020-ci ilə qədər bu sahədə əldə olunan gəlirlərin artırılmasına bağlıdır.
Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib.
Baxış sayı: 1489
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir