Tarix:03/07/14
“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası “3D” printerində xüsusi hidrogeldən çap edilib, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunub.
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. “newsru.com” saytının məlumatına görə, tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcək.
Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tətbiq edilə bilər. Onun sözlərinə görə, bu cür biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.
Emil Hüseynov
Əzələ hüceyrələrinin köməyi ilə ikinci nəsil biorobotlar yaradılıb
ABŞ-ın İllinoys Universitetindən olan alimlər qrupu elektrik impulslarının köməyi ilə hərəkət edən və əzələ toxuması hüceyrələri əsasında yaradılmış miniatür biorobotları təqdim edib. Tədqiqata həsr olunmuş məqalə “PNAS” (Proceedings of the National Academy of Sciences ) jurnalında dərc olunub.“ICTnews" elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, biorobotların 6 mm uzunluğunda olan karkası “3D” printerində xüsusi hidrogeldən çap edilib, hərəkətverici qüvvə qismində isə skelet əzələlərinin hüceyrələrindən istifadə olunub.
Çeviklik və möhkəmlik kimi xüsusiyyətləri sayəsində hidrogelə müxtəlif formalar vermək olar. “newsru.com” saytının məlumatına görə, tədqiqat qrupunun rəhbəri Rəşid Bəşir sistemə neyronların inteqrasiyasının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, robotları idarə etmək üçün təkcə elektrik deyil, həm də kimyəvi stimulyasiyadan istifadə etməyə imkan verəcək.
Alimlərin ehtimalına görə, gələcəkdə bu kimi sistemlər tibbin müxtəlif sahələrində - əczaçılıq, cərrahiyyə və ya yüksək texnoloji implantatların hazırlanmasında geniş tətbiq edilə bilər. Onun sözlərinə görə, bu cür biorobotlardan istifadə sayəsində insan orqanizmini müəyyən toksinlərdən təmizləmək olar.
Emil Hüseynov
Baxış sayı: 799
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib