Tarix:07/07/14
Artıq ilk məsafəli dispetçer mərkəzi fəaliyyətə başlayıb. Mərkəz İsveçin Ernşeldsvik şəhərinin aeroportundan 100 kilometr aralıda yerləşməklə ona xidmət göstərir. Bu, dispetçer otağında quraşdırılan yeni “Saab Remote Tower System” sistemi sayəsində mümkün olub.
“Remote Tower System” texnologiyasının işi üçün müxtəlif elektron avadanlıqlardan istifadə edilir. Aerodromda yüksək təsvir ölçülü çoxlu videokamera, mikrofon və hava məlumatı cihazları quraşdırılıb. İnformasiya şəbəkə kanalları vasitəsilə dispetçer otağına ötürülür.
Dispetçer otağının daxilində real vaxt rejimində aerodromda baş verənləri translyasiya edən dairəvi ekranları yerləşdirilib. Bunların hamısı audiosəsin və müxtəlif ötürücülərdən daxil olan digər informasiyanın translyasiyası ilə müşayiət olunur. Bunun sayəsində dispetçerin uzaq məsafədən işi bilavasitə aeroportdakı işindən seçilmir.
“Remote Tower System” sisteminin işi İsveç hökuməti tərəfindən bəyənilib və iki kiçik şəhərin aeroportlarına xidmət üçün quraşdırılıb. Bundan başqa, sistemin Norveç və Avstraliya aeroportlarında sınaqları keçirilir.
“Remote Tower System” ilk növbədə kiçik şəhərlərin yaxınlığında quraşdırılacaq ki, eyni anda məhdud büdcəyə malik bir neçə aeroportu əhatə etsin.
Lakin bu sistemdən istifadə təhlükəsizliklə bağlı çoxlu suallar doğurur. “Saab” mütəxəssisləri bildirirlər ki, “Remote Tower System” məlumatların ötürülməsi üçün çoxlu ehtiyat rabitə kanalından istifadə edir, eləcə də kameralardan birinin sıradan çıxacağı təqdirdə qalan kameralar onu əvəzləyə biləcək.
Tərtibatçıların sözlərinə görə, uzaq məsafədə yerləşən qüllədə bəzi avadanlıqların sıradan çıxma ehtimalı adi dispetçer otağındakı avadanlıqların sıradan çıxmasından çox deyil. Amma innovasiya sistemində elektronikanın çox hissəsinin bir anlığa sıradan çıxmasını təsəvvür etmək çətindir, - “Hi-Tech News www.hi-news.ru” yazır.
İsveçdə ilk distansiyalı aviadispetçer qülləsi fəaliyyətə başlayıb
Dispetçer qülləsi bütün dünya aeroportlarının ayrılmaz və vacib hissəsidir. Lakin “Saab” şirkətinin mütəxəssisləri sayəsində artıq indi bir dispetçer qülləsi uzaq məsafədən bir neçə hava limanına xidmət göstərə bilir.Artıq ilk məsafəli dispetçer mərkəzi fəaliyyətə başlayıb. Mərkəz İsveçin Ernşeldsvik şəhərinin aeroportundan 100 kilometr aralıda yerləşməklə ona xidmət göstərir. Bu, dispetçer otağında quraşdırılan yeni “Saab Remote Tower System” sistemi sayəsində mümkün olub.
“Remote Tower System” texnologiyasının işi üçün müxtəlif elektron avadanlıqlardan istifadə edilir. Aerodromda yüksək təsvir ölçülü çoxlu videokamera, mikrofon və hava məlumatı cihazları quraşdırılıb. İnformasiya şəbəkə kanalları vasitəsilə dispetçer otağına ötürülür.
Dispetçer otağının daxilində real vaxt rejimində aerodromda baş verənləri translyasiya edən dairəvi ekranları yerləşdirilib. Bunların hamısı audiosəsin və müxtəlif ötürücülərdən daxil olan digər informasiyanın translyasiyası ilə müşayiət olunur. Bunun sayəsində dispetçerin uzaq məsafədən işi bilavasitə aeroportdakı işindən seçilmir.
“Remote Tower System” sisteminin işi İsveç hökuməti tərəfindən bəyənilib və iki kiçik şəhərin aeroportlarına xidmət üçün quraşdırılıb. Bundan başqa, sistemin Norveç və Avstraliya aeroportlarında sınaqları keçirilir.
“Remote Tower System” ilk növbədə kiçik şəhərlərin yaxınlığında quraşdırılacaq ki, eyni anda məhdud büdcəyə malik bir neçə aeroportu əhatə etsin.
Lakin bu sistemdən istifadə təhlükəsizliklə bağlı çoxlu suallar doğurur. “Saab” mütəxəssisləri bildirirlər ki, “Remote Tower System” məlumatların ötürülməsi üçün çoxlu ehtiyat rabitə kanalından istifadə edir, eləcə də kameralardan birinin sıradan çıxacağı təqdirdə qalan kameralar onu əvəzləyə biləcək.
Tərtibatçıların sözlərinə görə, uzaq məsafədə yerləşən qüllədə bəzi avadanlıqların sıradan çıxma ehtimalı adi dispetçer otağındakı avadanlıqların sıradan çıxmasından çox deyil. Amma innovasiya sistemində elektronikanın çox hissəsinin bir anlığa sıradan çıxmasını təsəvvür etmək çətindir, - “Hi-Tech News www.hi-news.ru” yazır.
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib