Tarix:07/07/14
“Helium”un əsas üstünlüyü rekord həcmdə az enerji sərf etməsindədir. Tərtibatçılar qeyd edirlər ki, 10 baytın ötürülməsi üçün 0,026 мА enerjiyə ehtiyac var. Bu, digər məlumat ötürmə protokollarından bir neçə yüz dəfə azdır. Məsələn, hətta enerjiyə qənaətcil “Bluetooth Low Energy” protokolu 10 baytın ötürülməsi üçün təxminən 4,5 мА enerjidən istifadə edir.
Qeyd etmək lazımdır ki, bu halda cərəyanın gücünün göstərilməsi modulun həqiqi enerji sərfiyyatını qiymətləndirməyə əsas vermir. Bununla belə, “Helium” şirkəti məhz bu göstəricini qeyd edir.
“Helium” modullu qurğular məlumatların ötürülmə rejimində enerji toplamadan təxminən 765 gün işləyəcək. Müqayisə üçün qeyd edək ki, adi mobil telefonda bu göstərici 1 gün təşkil edir.
Lakin “Helium”un tətbiq olunması üçün bir nüans var. Belə ki, bütün qurğular proprietar modullarla təchiz edilməli, eləcə də baza stansiyaları quraşdırılmalıdır. Tərtibatçıların sözlərinə görə, bir baza stansiya 130 kv km ərazini əhatə edir. Hər bir “Helium” modulu fərdi “IPv6” ünvanına malikdir.
“Helium” “802.15.4” protokolunun modifikasiya edilmiş versiyasıdır. Tərtibatçılar vurğulayırlar ki, “ZigBee” protokolunu dəstəkləyən qurğular “Helium” ilə iş üçün modifikasiya edilə bilər, - “Xaker www.xakep.ru” yazır.
Yeni məlumat ötürmə protokolu hazırlanıb
ABŞ-ın “Helium Systems Inc.” şirkəti parametrlərinə görə “WiFi”, “ZigBee”, “Bluetooth” və ya digər məlumat ötürmə protokollarından üstün olan yeni “Helium” məlumat ötürmə protokolu hazırlayıb.“Helium”un əsas üstünlüyü rekord həcmdə az enerji sərf etməsindədir. Tərtibatçılar qeyd edirlər ki, 10 baytın ötürülməsi üçün 0,026 мА enerjiyə ehtiyac var. Bu, digər məlumat ötürmə protokollarından bir neçə yüz dəfə azdır. Məsələn, hətta enerjiyə qənaətcil “Bluetooth Low Energy” protokolu 10 baytın ötürülməsi üçün təxminən 4,5 мА enerjidən istifadə edir.
Qeyd etmək lazımdır ki, bu halda cərəyanın gücünün göstərilməsi modulun həqiqi enerji sərfiyyatını qiymətləndirməyə əsas vermir. Bununla belə, “Helium” şirkəti məhz bu göstəricini qeyd edir.
“Helium” modullu qurğular məlumatların ötürülmə rejimində enerji toplamadan təxminən 765 gün işləyəcək. Müqayisə üçün qeyd edək ki, adi mobil telefonda bu göstərici 1 gün təşkil edir.
Lakin “Helium”un tətbiq olunması üçün bir nüans var. Belə ki, bütün qurğular proprietar modullarla təchiz edilməli, eləcə də baza stansiyaları quraşdırılmalıdır. Tərtibatçıların sözlərinə görə, bir baza stansiya 130 kv km ərazini əhatə edir. Hər bir “Helium” modulu fərdi “IPv6” ünvanına malikdir.
“Helium” “802.15.4” protokolunun modifikasiya edilmiş versiyasıdır. Tərtibatçılar vurğulayırlar ki, “ZigBee” protokolunu dəstəkləyən qurğular “Helium” ilə iş üçün modifikasiya edilə bilər, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 569
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib