Tarix:08/07/14
"Mən ümid edirəm ki, sürücüsüz avtomobillər nəqliyyat sahəsində inqilab edəcək... Əlbəttə, bu, cəsarətli iddiadır. Belə ki, bir çox texniki və hüquqi risk mövcuddur. Amma siz bir neçə belə iddia etməyə hazırsınızsa, onlardan biri gələcəkdə uğur əldə edə bilər" – Brin bildirib.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un həmtəsisçisi deyib ki, hazırda dünyada sərbəst hərəkət edə bilməyən (məsələn, yaşlı insanlar, fiziki imkanları məhdud olan şəxslər) çoxlu sayda insan yaşayır. Sürücüsüz avtomobillər onlara şəhərdə hərəkət etməyə kömək olacaq.
“Google”un gələcəkdə avtomobil istehsalını planlaşdırması haqda suala cavab verən Brin deyib ki, şirkət, ehtimal ki tərəfdaşlarla işləyəcək. Ancaq o deyib ki, bu, hələ ki yalnız fərziyyədir.
“Google” şirkəti tamamilə elektronika ilə idarə olunan avtomobil layihəsini 2009-cu ildən hazırlayır. Bu, “Google X” məxfi laboratoriyasında yaradılan layihələrdən biridir.
Emil Hüseynov
“Google” sürücüsüz avtomobillərin hesabına şəxsi avtomobillərin sayını azaltmağı planlaşdırır
Sürücüsüz avtomobillərin populyarlaşması avtomobillərə tələbatı xeyli azalda, həmçinin avtodayanacaq və yollarda tıxac problemini həll edə bilər. Bu haqda “Google”un həmtəsisçisi və “Google X” innovasiya laboratoriyasının direktoru Serqey Brin deyib."Mən ümid edirəm ki, sürücüsüz avtomobillər nəqliyyat sahəsində inqilab edəcək... Əlbəttə, bu, cəsarətli iddiadır. Belə ki, bir çox texniki və hüquqi risk mövcuddur. Amma siz bir neçə belə iddia etməyə hazırsınızsa, onlardan biri gələcəkdə uğur əldə edə bilər" – Brin bildirib.
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google”un həmtəsisçisi deyib ki, hazırda dünyada sərbəst hərəkət edə bilməyən (məsələn, yaşlı insanlar, fiziki imkanları məhdud olan şəxslər) çoxlu sayda insan yaşayır. Sürücüsüz avtomobillər onlara şəhərdə hərəkət etməyə kömək olacaq.
“Google”un gələcəkdə avtomobil istehsalını planlaşdırması haqda suala cavab verən Brin deyib ki, şirkət, ehtimal ki tərəfdaşlarla işləyəcək. Ancaq o deyib ki, bu, hələ ki yalnız fərziyyədir.
“Google” şirkəti tamamilə elektronika ilə idarə olunan avtomobil layihəsini 2009-cu ildən hazırlayır. Bu, “Google X” məxfi laboratoriyasında yaradılan layihələrdən biridir.
Emil Hüseynov
Baxış sayı: 579
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib