12px13px15px17px
Tarix:10/07/14

“RoboHow” layihəsi robotlara internetdən informasiya almağa imkan verəcək

Bir il əvvəl robotların ünsiyyəti üçün daxili şəbəkə kimi təqdim olunan “RoboEarth” layihəsi haqqında məlumat verilib. Bu layihənin məntiqi davamı Almaniyanın Bremen Universitetinin Süni İntellekt İnstitutunun alimlərinin üzərində çalışdığı “RoboHow” layihəsi ola bilər.

“RoboEarth” layihəsi müxtəlif növ robotlara öz aralarında informasiya mübadiləsinə imkan verərək kompüterlərin qarşılıqlı əlaqəsi üçün müxtəlif dillər yaradıb. Bununla müxtəlif robotlar birlikdə eyni tapşırığı yerinə yetirə bilib.

Yeni “RoboHow”da alimlər layihəni daha da təkmilləşdirməyə nail olmağa çalışıblar. Belə ki, onlar robotları internet şəbəkəsi ilə işləməyi öyrətməyi planlaşdırırlar. Bu halda proqram təminatı informasiyanı hər robota uyğun çevirəcək.

Məsələn, yemək hazırlamaq arzusundasınız, lakin resepti uzun müddət internetdə axtarmaq istəmirsiniz. Bu halda bu işi robota həvalə etmək olar. O, sizə lazım olan resepti axtarıb taparaq onu komponentlərə böləcək və yeməyin hazırlanması üzrə göstəriş verəcək.  

Əlbəttə, robotların qeyd olunan imkanları göründüyü kimi sadə deyil. Robotlar tərəfindən belə tapşırıqların yerinə yetirilməsi üçün tərtibatçılar hələ böyük iş görməlidirlər. Onların məqsədi robota istənilən işi yerinə yetirməyə imkan verəcək proqram təminatının yaradılmasıdır, - “Hi-Tech News www.hi-news.ru” yazır.



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024