Tarix:14/07/14
Delta “3D” printerlər konstruksiyasına görə fərqlənən “3D” printerlərdir. Adətən burada xüsusi şarnirlərdə konstruksiyanın bünövrəsinə bərkidilən üç istiqamətləndirici əldən istifadə olunur. Maraqlıdır ki, “3D” printerlər texniki xüsusiyyətlərinə görə delta robotların daha təkmil texnoloji versiyalardır. Belə robotlardan adətən yüksək məhsuldarlığın tələb olunduğu qablaşdırma, çeşidləmə, tibbi və əczaçılıq sənayesində tətbiq olunur.
“Genkei” “3D” printeri Tokio Dizayn və İncəsənət Universiteti ilə birlikdə ərsəyə gətirib. Printerin Tokio Milli Universitetinin təsviri incəsənət və musiqi muzeyində nümayiş olunması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, belə printerlər müəyyən çatışmazlıqlara da malikdir. Birincisi, dəqiqlik zəifdir, ikincisi – üçölçülü çap prosesini dərhal başlaya bilən adi “3D” printerlərdən fərqli olaraq delta “3D” printerə üçölçülü çap prosesinə başlamaq üçün 3-5 gün vaxt lazımdır.
Lakin “3D” printerin innovativliyi ölçüsündən daha çox onun çap sistemindədir. “Genkei” şirkətinə məxsus sistem qızdırılmış plastik tellərdən istifadə etmək əvəzinə, toz prosesindən istifadə edir ki, bu da ona adi “3D” printerlərlə müqayisədə daha çox çap səthini əhatə etməyə imkan verir, - “Hi-Tech News www.hi-news.ru” yazır.
Yaponiyada dördmetrlik “3D” formatlı printer yaradılıb
Yaponiyanın “Genkei” şirkəti dünyanın ən böyük “3D” formatlı printerlərindən birini yaradıb. Printerin hündürlüyü 4 metr təşkil edir ki, bu da onu orta statistik insanın boyundan iki dəfə hündür edir. “3D” printer qeyri-adi olmaqla delta “3D” printerlər sinfinə aiddir.Delta “3D” printerlər konstruksiyasına görə fərqlənən “3D” printerlərdir. Adətən burada xüsusi şarnirlərdə konstruksiyanın bünövrəsinə bərkidilən üç istiqamətləndirici əldən istifadə olunur. Maraqlıdır ki, “3D” printerlər texniki xüsusiyyətlərinə görə delta robotların daha təkmil texnoloji versiyalardır. Belə robotlardan adətən yüksək məhsuldarlığın tələb olunduğu qablaşdırma, çeşidləmə, tibbi və əczaçılıq sənayesində tətbiq olunur.
“Genkei” “3D” printeri Tokio Dizayn və İncəsənət Universiteti ilə birlikdə ərsəyə gətirib. Printerin Tokio Milli Universitetinin təsviri incəsənət və musiqi muzeyində nümayiş olunması planlaşdırılır.
Qeyd etmək lazımdır ki, belə printerlər müəyyən çatışmazlıqlara da malikdir. Birincisi, dəqiqlik zəifdir, ikincisi – üçölçülü çap prosesini dərhal başlaya bilən adi “3D” printerlərdən fərqli olaraq delta “3D” printerə üçölçülü çap prosesinə başlamaq üçün 3-5 gün vaxt lazımdır.
Lakin “3D” printerin innovativliyi ölçüsündən daha çox onun çap sistemindədir. “Genkei” şirkətinə məxsus sistem qızdırılmış plastik tellərdən istifadə etmək əvəzinə, toz prosesindən istifadə edir ki, bu da ona adi “3D” printerlərlə müqayisədə daha çox çap səthini əhatə etməyə imkan verir, - “Hi-Tech News www.hi-news.ru” yazır.
Baxış sayı: 765
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib