12px13px15px17px
Tarix:21/07/14

Yeni “iPhone” smartfonu “Sony” şirkətinin 13 meqapiksellik kamerası ilə təchiz edilib

“Apple” şirkətinin yeni “iPhone 6” smartfonu Yaponiyanın “Sony” şirkətinin 13 meqapiksellik kamerası ilə təchiz ediləcək. Britaniyanın “Digital Spy” portalı yazıb ki, qurğunun fotomodulu “Exmor IMX220” sensoru ilə təchiz ediləcək.
 
Portalın məlumatına görə, smartfon, çox güman ki, ən azı 2 QHs takt tezlikli ikinüvəli “A8” prosessoru ilə təchiz ediləcək.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni smartfonda, həmçinin akkumulyatorun tutumu artırılacaq.
 
Cari ilin payızında “Apple” şirkətinin öz yeni smartfonlarını nümayiş etdirəcəyi gözlənilir.
 
“iPhone 6” smartfonu sapfir kristallarının tətbiqi ilə yaradılmış sınmayan şüşə ilə təchiz ediləcək.
 
Emil Hüseynov



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024