12px13px15px17px
Tarix:01/08/14

Bükük ekranlı “Nexus 6” payızda çıxarılacaq

“Google” üçün “Nexus” seriyasından olan növbəti smartfonun buraxılışı ilə Tayvanın “HTC” şirkəti məşğul olacaq. “IBT” mənbələrinin məlumatına görə, yeni aparata “Android L” əməliyyat sistemi quraşdırılacaq. Aparatın relizi bu ilin oktyabr-noyabrına planlaşdırılıb.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Nexus 6” 5,2 düymlük bükük HD ekran, 3 QHs takt tezlikli “Qualcomm Snapdragon” prosessoru, 3 QB əməli yaddaş və 13 meqapiksellik kamera ilə təchiz ediləcək. Aparat “Wi-Fi” və “4G” şəbəkələrinə qoşulma dəstəyinə, həmçinin “microUSB” konnektoru və kontaktsız ödənişlər üçün NFC çipi ilə təchiz edilib.

“Nexus 6” smartfonu “LG” şirkəti tərəfindən hazırlanmış “Nexus 5” cihazını əvəzləyəcək. 2013-cü ilin oktyabrında çıxarılmış smartfon 4,95 düymlük ekran, 8 meqapiksellik kamera, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor ilə təchiz edilib, “Android 4.4” (KitKat) platforması ilə işləyir.

Emil Hüseynov
 
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024