Tarix:06/08/14
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Timex"in saatlarında platforma qismində "Qualcomm" şirkətinin həllindən istifadə olunur. "Ağıllı" saatlar 1,5 düymlük "Mirasol" rəngli ekranı ilə təchiz olunublar, yaxşı rəngverilişi ilə fərqlənmir, amma parlaq günəş işığında informasiyanı göstərə bilər. Bundan başqa, cihaz aşağı enerji sərfiyyatına malikdir. GPS sönülü olduqda "ağıllı" saat üç günədək işləyə biləcək.
İlk növbədə idmançılar üçün nəzərdə tutulmuş cihaz 4 QB daxili yaddaşa və əvvəlcədən quraşdırılmış audiopleyerə malikdir. "Ironman One GPS+" qurğusunun korpusunda dinamika nəzərdə tutulmayıb, istifadəçi musiqiyə qulaq asmaq üçün "Bluetooth" qarnitura satın almalıdır. Cihaz gücləndirilmiş sukeçirməz korpusa malikdir.
Payızda sözügedən "ağıllı" saatın satışlarına başlanılacaq.
Emil Hüseynov
“Timex” şirkəti “3G” modullu bahalı “ağıllı” saat buraxıb
"Timex" şirkəti "Ironman One GPS+" qurğusunu nümayiş etdirərək "ağıllı" saat bazarına çıxıb. Cihazın qiyməti 400 dollar təşkil edir. Ehtimal ki, bu, məlumatların ötürülməsi üçün "3G" modulunun quraşdırılması ilə bağlıdır. Saat səs çağırışları edə bilmir."ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Timex"in saatlarında platforma qismində "Qualcomm" şirkətinin həllindən istifadə olunur. "Ağıllı" saatlar 1,5 düymlük "Mirasol" rəngli ekranı ilə təchiz olunublar, yaxşı rəngverilişi ilə fərqlənmir, amma parlaq günəş işığında informasiyanı göstərə bilər. Bundan başqa, cihaz aşağı enerji sərfiyyatına malikdir. GPS sönülü olduqda "ağıllı" saat üç günədək işləyə biləcək.
İlk növbədə idmançılar üçün nəzərdə tutulmuş cihaz 4 QB daxili yaddaşa və əvvəlcədən quraşdırılmış audiopleyerə malikdir. "Ironman One GPS+" qurğusunun korpusunda dinamika nəzərdə tutulmayıb, istifadəçi musiqiyə qulaq asmaq üçün "Bluetooth" qarnitura satın almalıdır. Cihaz gücləndirilmiş sukeçirməz korpusa malikdir.
Payızda sözügedən "ağıllı" saatın satışlarına başlanılacaq.
Emil Hüseynov
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib