12px13px15px17px
Tarix:08/08/14

“IRIS” ev avtomatlaşdırılması sisteminə bir neçə qurğu əlavə olunub

“Lowe” şirkəti” IRIS” adlı “ağıllı ev” sisteminin imkanlarını genişləndirib və bu sistemə "ağıllı" qaraj qapısı nəzarətçisini, ev heyvanları üçün elektron qapı, pəncərə jalüzləri  nəzarətçisini və bağ şlanqı üçün kranın işə salınması üçün taymer  əlavə edib.
 
"ICTnews" xəbər xidmətinin “Electronic  House” nəşrinə istinadən verdiyi məlumata əsasən, “IRIS” avtomatlaşdırma sistemləri dəstinə 50-dən yuxarı qurğu daxildir. Bu xətdə videomüşahidə kameraları, tüstü detektorları, su itkisi detektorları, qıfıllar və “GE”, “Kwikset”, “Schlage”, “Whirlpool” və sair şirkətlərdən bir sıra digər qurğular mövcuddur.
 
“IRIS” – sadə və əhatəli həllərin təşkili üçün nəzərdə tutulmuş “ağıllı ev” sistemidir. Bu sistem vahid interfeysdə istənilən sayda qurğuları birləşdirməyə, onların monitorinqini, nəzarətini və sazlanmasını təmin etməyə  imkan verir. Sistem “ZigBee” və “Z-Wave” standartlarını dəstəkləyir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024