12px13px15px17px
Tarix:11/08/14

Hərbçilər üçün yeməklər 3D printerində “çap” olunacaq

Qurğu qidanı müəyyən olunmuş parametrlərə - kalori, protein, karbohidrat və vitaminlərin miqdarına görə hazırlamaq imkanına malikdir.
 
“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, ABŞ-ın hərbi mütəxəssisləri döyüş şəraitində yeməkləri 3D printerinin köməyilə “çap etmək” imkanına malik texnologiya hazırlayıblar. Bu barədə məlumatı İngiltərənin “Times” qəzeti yayıb.
 
Belə ki, qida tərkibi kompüterə lazımi inqrediyentləri istifadə etmək üçün printerə əmr verən operator vasitəsilə ötürülür. O, həm də yeməklərə döyüş şəraitinə uyğun forma verə bilir. Bu zaman hərbi qulluqçuların yemək zövqləri də nəzərə alınır. 3D printeri ilə hazırlanmış yemək piroq və ya pizza formasında ola bilər.
 
“ABŞ hərbçiləri 3D çapın köməyilə döyüş hazırlığı səviyyəsini və döyüş bölmələrindəki fəaliyyətin effektivliyini yüksəltməyə, həmçinin hərbi qulluqçuların rahatlıq səviyyəsini artırmağa çalışırlar”, - deyə nəşr bildirib.
 
NASA Kosmik Agentliyi də gələcək astronavtlar üçün 3D printerinin köməyilə yemək hazırlamaq niyyətindədir.
 
Emil Hüseynov
 



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024