12px13px15px17px
Tarix:12/08/14

İlin yekununa görə “Chromebook” noutbuklarının satış həcmi 5 milyonu ötəcək

“Gartner” analitik şirkətinin hesabatına əsasən, “Chrome OS” “bulud” əməliyyat sistemi ilə işləyən “Chromebook” xəttinə məxsus noutbukların satış həcmi ötən illə müqayisədə 79 faiz artaraq 5,2 milyon qurğu təşkil edəcək.
 
Ekspertlər bildirir ki, xrombukların satış həcmi əsasən Şimali Amerikada təhsil sektorunun hesabına artır. 2013-cü ildə “Chromebook” noutbuklarının təxminən 85 faizini təhsil müəssisələri satın alıb, satışın 82 faizi isə Şimali Amerika regionunun payına düşüb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu il müxtəlif modifikasiyalı “Chromebook” noutbuklarının qlobal  satış həcmi 5,2 milyonu ötəcək və 2017-ci ilə bu göstərici 14,4 milyona çatacaq.
 
 
Ancaq nəzərə alsaq ki, “Gartner” tədqiqat şirkəti cari ilin yekununa görə 308 milyon qurğu kompüter (noutbuk, masaüstü fərdi kompüter və hibrid qurğular) satılacağını gözləyir, o zaman “Chromebook” noutbuklarının proqnozlaşdırılan satış həcmi elə də çox deyil.
 
Emil Hüseynov




Baxış sayı: 702

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024