12px13px15px17px
Tarix:13/08/14

“Sony” şirkəti 10 milyondan çox “Playstation 4” oyun konsolu satıb

“Sony” şirkəti “PlayStation 4” qurğusunun bazara çıxarılmasından 9 ay sonra 10 milyondan çox oyun konsolu satıb. Bu haqda “Sony” şirkətinin nümayəndəsi “Gamescom” məlumat verib.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “PlayStation 4” konsolu 2013-cü il noyabrın 15-də ABŞ, Qərbi Avropa və Latın Amerikası bazarlarında satışa çıxarılıb. 2014-cü il aprelin əvvəlində  “Sony” şirkətindən bildirilib ki, artıq 7 milyondan çox oyun konsolu satılıb.
 
“PlayStation 4” konsolunun əsas rəqibi “Microsoft”un “Xbox One” oyun konsolu isə daha zəif templə satılır. Belə ki, “Microsoft” 2014-cü ilin aprelində  yalnız 5 milyon konsol satıb.
 
Emil Hüseynov



Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024