12px13px15px17px
Tarix:15/08/14

“iPhone 6”nın bahalı modelləri sapfir ekrana malik olacaq

“Apple” korporasiyası smartfonların şüşəsini bərk sintetik sapfir ilə əvəz etməyi təklif edib.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, hələ ki dəyişikliklər təkcə smartfonların bahalı modellərinə aid ediləcək, lakin bir müddət sonra digər “iPhone” qurğularında da eyni materialdan istifadə nəzərdə tutulub.
 

Amerika şirkəti 2013-cü ildən etibarən istehsal etdiyi məhsullarda kiçik həcmdə də olsa sapfirdən istifadə edir. Belə ki, “iPhone 5s” və “5с”-nin kamerasının obyektivinin təchiz edildiyi yüksək möhkəmliyə malik olan şüşə, həmçinin “iPhone 5s”də tətbiq edilmiş “evə” düyməsində istifadə edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 1206

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024