12px13px15px17px
Tarix:18/08/14

5 il sonra “4K” ekranlı cihazların tədarük həcmi 478 milyona çatacaq

Yüksək səviyyəli müasir smartfonların əksəriyyəti “Full HD” ekranları ilə təchiz edilir.  Hazırda bazarda  “Quad HD” (2560×1440 piksel) təsvir ölçülü ekranlı modellər də  mövcuddur. Bununla belə, istehsalçılar daha da irəli gedərək,  tezliklə “4K” aparatlar da buraxmaq niyyətindədirlər.
 
“ABI Research”in analitiki Maykl İnue bildirir ki, prosessor, yaddaş və akkumulyator daxil olmaqla mobil qurğu komponentləri “Ultra HD” dəstəyi nəzərə alınaraq optimallaşdırılacaq. Ancaq müvafiq şəbəkə infrastrukturunun inkişafı hələ ki problemli qalacaq. Çünki aparıcı video xidmətlər yüksək dəqiqlikli məzmuna keçməyə tələsmirlər.
 
“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, getdikcə cihaz və rəqəmli kameraların əksəriyyəti 3840×2160 piksel təsvir ölçülü video çəkiliş funksiyası ilə təchiz edilir. Belə videoçarxlara baxışdan maksimal həzz almaq üçün onları “Ultra HD” təsvir ölçülü monitor və televizorda izləmək daha yaxşıdır.
 
“4K” ekranlı mobil qurğuların 2015-ci ildə kommersiya bazarına çıxarılacağı gözlənilir. 2019-cu ilə qədər bu elektronikanın tədarük həcmi 478 milyona çatacaq.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024