Tarix:20/08/14
Tərtibatçıların məlumatına görə, “Tianhe-1A” planlaşdırma və layihələndirməni yerinə yetirə, eləcə də şəhərdə binaların tikintisini idarə edə bilər. Bundan başqa, modelləşdirmə vasitəsi ilə superkompüter binaların ucaldılması üçün lazım olan inşaat materiallarının sayını dəqiqliklə hesablayır.
“Tianhe-1A” superkompüterindən şəhər metrosunun layihələndirilməsində istifadə istehsal xərclərini 10-20 faiz azaldacaq”, - superkompüterin tətbiqi şöbəsinin rəisi deyib.
Müəlliflərin fikrincə, superkompüterin saniyədə 2507 trilyon əməliyyat hesablama gücünü nəzərə alaraq “Tianhe-1A” gələcəkdə şəhərlərin layihələndirməsinə, meteoroloji proqnoz, biotibbi və digər mürəkkəb avadanlıqların yaradılmasına böyük töhfə verə bilər.
Qeyd edək ki, “Tianhe-1A” 2010-cu ilin noyabrından 2011-ci ilin iyununadək dünyanın ən güclü elektron hesablama maşını reytinqində lider olub. Lakin Yaponiyanın “Fujitsu” şirkətinin istehsalı olan “K computer” superkompüteri istifadəyə verildikdən sonra ikinci yerə enib. Üç il əvvəl “Tianhe-1A” istismara verildikdən sonra onun köməyi ilə havanın proqnozlaşdırılması, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitdə müxtəlif proseslərin modelləşdirilməsində vacib nəticələr əldə olunub, - “Hi-Tech News” www.hi-news.ru yazır.
“Tianhe-1A” superkompüterindən şəhərlərin layihələndirilməsi üçün istifadə olunacaq
Dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən Çinin “Tianhe-1A” superkompüterinin yaradıcıları ondan adi hesablamaların yerinə yetirilməsi ilə yanaşı, gələcəkdə şəhərlərin tikintisinin layihələndirmə işlərində istifadə etməyi planlaşdırırlar.Tərtibatçıların məlumatına görə, “Tianhe-1A” planlaşdırma və layihələndirməni yerinə yetirə, eləcə də şəhərdə binaların tikintisini idarə edə bilər. Bundan başqa, modelləşdirmə vasitəsi ilə superkompüter binaların ucaldılması üçün lazım olan inşaat materiallarının sayını dəqiqliklə hesablayır.
“Tianhe-1A” superkompüterindən şəhər metrosunun layihələndirilməsində istifadə istehsal xərclərini 10-20 faiz azaldacaq”, - superkompüterin tətbiqi şöbəsinin rəisi deyib.
Müəlliflərin fikrincə, superkompüterin saniyədə 2507 trilyon əməliyyat hesablama gücünü nəzərə alaraq “Tianhe-1A” gələcəkdə şəhərlərin layihələndirməsinə, meteoroloji proqnoz, biotibbi və digər mürəkkəb avadanlıqların yaradılmasına böyük töhfə verə bilər.
Qeyd edək ki, “Tianhe-1A” 2010-cu ilin noyabrından 2011-ci ilin iyununadək dünyanın ən güclü elektron hesablama maşını reytinqində lider olub. Lakin Yaponiyanın “Fujitsu” şirkətinin istehsalı olan “K computer” superkompüteri istifadəyə verildikdən sonra ikinci yerə enib. Üç il əvvəl “Tianhe-1A” istismara verildikdən sonra onun köməyi ilə havanın proqnozlaşdırılması, iqlim dəyişikliklərinin monitorinqi və ətraf mühitdə müxtəlif proseslərin modelləşdirilməsində vacib nəticələr əldə olunub, - “Hi-Tech News” www.hi-news.ru yazır.
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib