12px13px15px17px
Tarix:20/08/14

“Raspberry Pi” mini-kompüterinin satış həcmi 3,5 milyonu ötüb

“Raspberry Pi” yığcam kompüteri 3,5 milyon nüsxədə satılıb. Çin və Tayvanda bu kompüterə yüksək tələbat müşahidə olunur, burada bu məhsul robot və “hesablama qurğu”larının yaradılmasında istifadə olunur.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, kredit kartı ölçüsündə “Raspberry Pi” kompüteri 2012-ci il fevralın sonunda çıxıb. 1 il sonra bu qeyri-adi məhsul istehsalçıları 1 milyon qurğunun satılmasını qeyd ediblər. Bu göstəricinin iki dəfə artması üçün təxminən 10 ay vaxt lazım olub.
 
Qurğunun qiyməti 25 dollardır. Öncə qurğu iki konfiqurasiyada əlçatan olub. Bu yaxınlarda qiyməti 35 dollar olan üçüncü konfiqurasiya da  əlavə olunub.
 
“Raspberry Pi” mini kompüteri 800 MHs takt tezlikli “ARM” arxitekturalı çiplə işləyir. Kompüterdə iki “USB-port”, “Ethernet” və “HDMI” konnektorları, 256 MB əməli yaddaş var.
 
Emil Hüseynov

 



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024