Tarix:22/08/14
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ötən ilin avqustunda bu göstərici 11868 qurğu təşkil edib, yəni bir ildə çeşid təxminən 7000 adda artıb.
Əgər qurğunun brendlər üzrə bölgüsünə nəzər salsaq, o zaman nəticə çətin kimisə təəccübləndirsin: qurğuların 43%-i Koreyanın “Samsung” şirkətinə məxsusdur. İkinci yerdə “LG” şirkəti qərarlaşıb, sonrakı yerlərdə “Sony”, “Motorola”, “Huawei” və başqa istehsalçılar yerləşib.
Cihazların yalnız 20.9%-i “Android” platformasının yeni “KitKat 4.4” versiyası ilə işləyir. Eyni zamanda, qurğuların 86%-də əməliyyat sisteminin köhnə versiyalarından istifadə edilir.
Emil Hüseynov
“Android” platforması ilə nə qədər qurğu işləyir?
“Android” platformasının fraqmentasiyası, yəni sözügedən mobil əməliyyat sisteminin quraşdırıldığı cihazların müxtəlifliyi yeni rekorda imza atıb. “OpenSignal” şirkətinin analitik hesabatına əsasən, “yaşıl robot” 18796 müxtəlif cihaz modelinə quraşdırılıb.“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ötən ilin avqustunda bu göstərici 11868 qurğu təşkil edib, yəni bir ildə çeşid təxminən 7000 adda artıb.
Əgər qurğunun brendlər üzrə bölgüsünə nəzər salsaq, o zaman nəticə çətin kimisə təəccübləndirsin: qurğuların 43%-i Koreyanın “Samsung” şirkətinə məxsusdur. İkinci yerdə “LG” şirkəti qərarlaşıb, sonrakı yerlərdə “Sony”, “Motorola”, “Huawei” və başqa istehsalçılar yerləşib.
Cihazların yalnız 20.9%-i “Android” platformasının yeni “KitKat 4.4” versiyası ilə işləyir. Eyni zamanda, qurğuların 86%-də əməliyyat sisteminin köhnə versiyalarından istifadə edilir.
Emil Hüseynov
Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)