12px13px15px17px
Tarix:25/08/14

38 dollarlıq “Firefox” smartfonu

Hindistanda “Firefox OS” əməliyyat sistemi ilə işləyən ucuz smartfonun satışlarına başlanılıb. “Spice Fire One Mi-FX 1” modeli 320×480 nöqtə təsvir ölçülü 3,5 düymlük ekran, 1 QHs takt tezlikli prosessor, 2 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, “Wi-Fi” modulu ilə təchiz olunub və iki SİM kart dəstəyinə malikdir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, əməli yaddaşın həcmi haqqında informasiya yoxdur, ehtimal ki 512 MB-dır. Aparat yüksəksürətli məlumatların ötürülməsi modulları ilə  təchiz edilməyib.
 
Aparatın qiyməti təxminən 38 dollar təşkil edir.
 
Emil Hüseynov




Baxış sayı: 603

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024