12px13px15px17px
Tarix:26/08/14

27 milyon Cənubi Koreya sakininin məlumatı hakerlərin əlinə keçib

Cənubi Koreyanın yüksəkvəzifəli şəxslərinin məlumatına görə, ölkə hökuməti 27 milyon vətəndaşın qurbanının olduğu genişmiqyaslı məlumat sızmasının araşdırılması ilə bağlı hadisənin bəzi detallarını açıqlayıb. 
 
Belə ki, ölkə əhalisinin həddi-buluğa çatmayan sakinlərinə də aid olan insident nəticəsində 15-65 yaşlı koreyalıların 220 milyon məxfi məlumatı cinayətkarların əlinə keçib.
 
Oğurlanan informasiya müxtəlif kompüter oyunlarında qeydiyyatdan keçməyə, kinoteatrlarda bilet sifariş etməyə və s. imkan verən populyar servisin internet səhifəsində saxlanılıb.
 
Hazırda hüquq-mühafizə orqanları haker hücumunun təşkilində şübhəli bilinən 16 nəfəri həbs edib. Polisin məlumatına görə, insident nəticəsində Cənubi Koreya əhalisinin 70 faizinə ziyan dəyib. 
 
Həmçinin qeyd olunur ki, oğurlanmış informasiyaya istifadəçi adları, onların parolları, eləcə də ərazi üzrə qeydiyyat ünvanları daxildir, - " www.securitylab.ru” yazır.



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024