12px13px15px17px
Tarix:28/08/14

Britaniya mağazalarında “ağıllı” manekenlər quraşdırılacaq

Britaniyanın bəzi pərakəndə mağazaları potensial alıcıların mobil qurğularına məhsul, xüsusi təklif, qiymət və aksiyalar haqda informasiya ötürə bilən "ağıllı" manekenlər quraşdırmağa başlayıblar.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, manekenləri mikroçiplə təchiz etmək ideyası “Iconeme” şirkətinə məxsusdur. “VMBeacon” elektron qurğuları bilavasitə manekenə quraşdırılır. Alıcının smartfon və ya planşeti ilə məlumat mübadiləsi “Bluetooth Low Energy’ simsiz rabitəsinin köməyi ilə həyata keçirilir. Smartfon və maneken arasında qarşılıqlı əlaqə xüsusi mobil tətbiq vasitəsilə həyata keçirilir.
 
Sözügedən tətbiq quraşdırılmış qurğunun sahibi "ağıllı" manekendən 50 metr məsafədə olduqda smartfon və ya planşetə müvafiq bildiriş gəlir. Bundan sonra istifadəçi pərakəndə mağaza tərəfindən təklif edilən məhsullara baxa bilər.
 
Emil Hüseynov
 



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024