Tarix:29/08/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Display Search” agentliyinin araşdırmalarının nəticələrinə əsasən, bu ilin ikinci rübündə “Samsung Electronics” şirkəti nazik ekranlı televizorlar bazarında 31,8 faizlik paya malikdir. Birinci rübün nəticələrinə əsasən isə şirkətin bazar payı 30,7 faiz təşkil edib.
Nazik ekranlı televizorlar seqmenti ilə yanaşı, “Samsung Electronics” həmçinin LCD, LED və UHD-televizorlar bazarında liderlik edir.
“Samsung” TV-qurğular bazarında mövqeyinin yüksəlməsinin əsas səbəbi premium və əyri ekranlı UHD televizorlar seqmentinin inkişafı olub. Premium-televizorlar kateqoriyasında (qurğunun qiyməti 1500 dollardan yuxarıdı) “Samsung” bazar payının 50 faizdən çox hissəsinə malikdir.
Bundan başqa, “Samsung” şirkəti bu ilin birinci yarısının yekunlarına əsasən UHD-televizorlarının dünya bazarında birinci yeri tutub və onun bu seqmentdə bazar payı 36,6 faiz təşkil edib. UHD-televizorlarına olan tələbat sürətlə artdığına görə bu ilin əvvəlindən “Samsung”un bu bazarda payı iki dəfə artıb – birinci rübdəki 21,6 faizdən ikinci kvartalda 43,3 faizədək.
“Bu göstəricilər istehlakçıların “Samsung”un ən yeni televizorlarının müasir dizaynını, texnologiyasını, servislərinin yüksək keyfiyyətini layiqincə qiymətləndirməyinin nəticəsidir. Almaniyada keçiriləcək “IFA 2014”-də biz əyri ekranlı televizorların ən son model xəttini nümayiş edəcəyik. Ümid edirik ki, bu kateqoriyanın inkişafı bizə TV-qurğuları bazarındakı liderliyimizi təmin edəcək” – deyə “Samsung”un “Visual Display Business” bölümünün icraçı vitse-prezidenti HyunSuk Kim bildirib.
Aynur Vəliyeva
“Samsung” nazik ekranlı televizorlar bazarında bu ilin ikinci rübünün nəticələrinə görə liderlik edir
“Samsung” şirkəti nazik ekranlı televizorlar bazarında 2014-cü ilin ikinci rübünün nəticələrinə əsasən rekorda imza atıb.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Display Search” agentliyinin araşdırmalarının nəticələrinə əsasən, bu ilin ikinci rübündə “Samsung Electronics” şirkəti nazik ekranlı televizorlar bazarında 31,8 faizlik paya malikdir. Birinci rübün nəticələrinə əsasən isə şirkətin bazar payı 30,7 faiz təşkil edib.
Nazik ekranlı televizorlar seqmenti ilə yanaşı, “Samsung Electronics” həmçinin LCD, LED və UHD-televizorlar bazarında liderlik edir.
“Samsung” TV-qurğular bazarında mövqeyinin yüksəlməsinin əsas səbəbi premium və əyri ekranlı UHD televizorlar seqmentinin inkişafı olub. Premium-televizorlar kateqoriyasında (qurğunun qiyməti 1500 dollardan yuxarıdı) “Samsung” bazar payının 50 faizdən çox hissəsinə malikdir.
Bundan başqa, “Samsung” şirkəti bu ilin birinci yarısının yekunlarına əsasən UHD-televizorlarının dünya bazarında birinci yeri tutub və onun bu seqmentdə bazar payı 36,6 faiz təşkil edib. UHD-televizorlarına olan tələbat sürətlə artdığına görə bu ilin əvvəlindən “Samsung”un bu bazarda payı iki dəfə artıb – birinci rübdəki 21,6 faizdən ikinci kvartalda 43,3 faizədək.
“Bu göstəricilər istehlakçıların “Samsung”un ən yeni televizorlarının müasir dizaynını, texnologiyasını, servislərinin yüksək keyfiyyətini layiqincə qiymətləndirməyinin nəticəsidir. Almaniyada keçiriləcək “IFA 2014”-də biz əyri ekranlı televizorların ən son model xəttini nümayiş edəcəyik. Ümid edirik ki, bu kateqoriyanın inkişafı bizə TV-qurğuları bazarındakı liderliyimizi təmin edəcək” – deyə “Samsung”un “Visual Display Business” bölümünün icraçı vitse-prezidenti HyunSuk Kim bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 1708
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib