Tarix:03/09/14
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Meizu MX4” smartfonunun 5,36 düymlük ekranının təsvir ölçüsü 1920×1152 nöqtə (418 ppi) təşkil edir, yüksək parlaqlığı (500 kd/m²) və kontrastlığı (1100:1) ilə fərqlənir. Aparat 2 meqapiksellik ön kamera, həmçinin “Exmor RS” sensorlu 20,7 meqapiksellik əsas fotomodulla təchiz olunub.
“Meizu MX4” smartfonunun ölçüləri 144 × 75,2 × 8,9 mm, modifikasiyadan asılı olaraq daxili yaddaşın həcmi 16/32/64 QB, akkumulyatorun tutumu 3100 milliamper/saat təşkil edir. Həmçinin daxili barometr və simsiz rabitə modullarının standart dəsti mövcuddur.
“Meizu MX4” smartfonunun 16 QB-lıq daxili yaddaşa malik modifikasiyasının qiyməti təxminən 293 dollar, 32 QB-lıq modifikasiya isə 325 dollar təşkil edir. Aparat ilkin sifariş üçün əlçatandır, alıcılar sentyabrın 20-dən başlayaraq smartfonu satın ala biləcəklər.
Emil Hüseynov
“Meizu MX4” smartfonu rəsmən təqdim olunub
“Meizu” şirkəti rəsmən “MX4” smartfonunu nümayiş etdirib. Yeni model “MediaTek” prosessoru ilə təchiz edilməyib. Səkkiznüvəli “MT6595” çipi 2,2 QHs takt tezliyində işləyən dörd “Cortex-A17” nüvəsi, həmçinin 11.7 QHs takt tezliyində işləyən dörd “Cortex-A7” nüvəsinə malikdir. Əməli yaddaşın həcmi 2 QB təşkil edir.“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Meizu MX4” smartfonunun 5,36 düymlük ekranının təsvir ölçüsü 1920×1152 nöqtə (418 ppi) təşkil edir, yüksək parlaqlığı (500 kd/m²) və kontrastlığı (1100:1) ilə fərqlənir. Aparat 2 meqapiksellik ön kamera, həmçinin “Exmor RS” sensorlu 20,7 meqapiksellik əsas fotomodulla təchiz olunub.
“Meizu MX4” smartfonunun ölçüləri 144 × 75,2 × 8,9 mm, modifikasiyadan asılı olaraq daxili yaddaşın həcmi 16/32/64 QB, akkumulyatorun tutumu 3100 milliamper/saat təşkil edir. Həmçinin daxili barometr və simsiz rabitə modullarının standart dəsti mövcuddur.
“Meizu MX4” smartfonunun 16 QB-lıq daxili yaddaşa malik modifikasiyasının qiyməti təxminən 293 dollar, 32 QB-lıq modifikasiya isə 325 dollar təşkil edir. Aparat ilkin sifariş üçün əlçatandır, alıcılar sentyabrın 20-dən başlayaraq smartfonu satın ala biləcəklər.
Emil Hüseynov
Baxış sayı: 1211
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib