Tarix:03/09/14
Gözlənildiyi kimi, yeni cihazın korpusunun qalınlığı 5,1 millimetrdən çox olmayacaq. Cari ilin fevralında təqdim edilmiş "Elife S5.5" aparatında korpusun qalınlığı 5,5 mm idi. Müqayisə üçün, "iPhone 5S" smartfonunda bu göstərici 7,6 mm, "Samsung Galaxy S5"-də isə 8,1 mm təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Gionee" şirkətinin yeni smartfonunu qabaqcıl adlandırmaq olmaz. Qurğu 4,8 düymlük AMOLED HD displeyi (720p), dördnüvəli "Snapdragon 400" prosessoru, "Adreno 305" qrafikası, 1 QB əməli yaddaş və 8 MP-lik kamera ilə təchiz ediləcək. Smartfonun korpusunun konstruksiyasında şüşə və metal materialları tətbiq ediləcək.
"Elife S5.1" aparatında daxili daşıyıcının həcmi 16 QB təşkil edəcək. MicroSD kartının köməyi ilə daxili yaddaşı genişləndirmək mümkün deyil. Həmçinin 2100 milliamper/saat tutumlu batareya, LTE şəbəkəyə qoşulmaq imkanı nəzərdə tutulub. Aparat "Android" platforması ilə işləyir. Qurğunun çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
Emil Hüseynov
Dünyanın ən nazik korpuslu smartfonu təqdim ediləcək
"Gionee" şirkəti "Elife" istehsal xətti üzrə dünyanın ən nazik aparatı adına iddia edən smartfon hazırlayır. "S5.1" modelinin içliyi haqqında informasiya iki ay bundan əvvəl internetdə yerləşdirilib.Gözlənildiyi kimi, yeni cihazın korpusunun qalınlığı 5,1 millimetrdən çox olmayacaq. Cari ilin fevralında təqdim edilmiş "Elife S5.5" aparatında korpusun qalınlığı 5,5 mm idi. Müqayisə üçün, "iPhone 5S" smartfonunda bu göstərici 7,6 mm, "Samsung Galaxy S5"-də isə 8,1 mm təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Gionee" şirkətinin yeni smartfonunu qabaqcıl adlandırmaq olmaz. Qurğu 4,8 düymlük AMOLED HD displeyi (720p), dördnüvəli "Snapdragon 400" prosessoru, "Adreno 305" qrafikası, 1 QB əməli yaddaş və 8 MP-lik kamera ilə təchiz ediləcək. Smartfonun korpusunun konstruksiyasında şüşə və metal materialları tətbiq ediləcək.
"Elife S5.1" aparatında daxili daşıyıcının həcmi 16 QB təşkil edəcək. MicroSD kartının köməyi ilə daxili yaddaşı genişləndirmək mümkün deyil. Həmçinin 2100 milliamper/saat tutumlu batareya, LTE şəbəkəyə qoşulmaq imkanı nəzərdə tutulub. Aparat "Android" platforması ilə işləyir. Qurğunun çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.
Emil Hüseynov
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib