Tarix:05/09/14
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Huawei”nin nümayəndələri bildiriblər ki, 5.5 düymdən böyük ekranlı smartfonlara istehlak marağı artır. “IDC” şirkətindən bildirilib ki, cari ildə böyük smartfonların tədarükü ötən illə müqayisədə 209% artacaq. Müqayisə üçün müvafiq dövrdə smartfonların ümumi tədarükü 12,8% artacaq.
Məhz “Samsung” şirkəti böyük ekranlı qurğuların populyarlaşmasına kömək edib, ancaq hazırda demək olar ki, bütün əsas istehsalçılar fablet (böyük ekranlı smartfonlar) buraxır. “Mate 7” smartfonu da fabletlərin bir nümayəndəsidir.
“Note4”-də olduğu kimi “Mate 7” qurğunun arxa tərəfində barmaq izi skaneri, “LTE-Advanced” və 13 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 4100 milliamper/saat təşkil edir.
Smartfonun 16 QB-lıq versiyası 2 QB əməli yaddaşa malikdir və qiyməti 499 avrodur, 32 QB-lıq versiya 3 QB yaddaşa malikdir və qiyməti 599 avrodur.
Emil Hüseynov
“Huawei” şirkəti “Ascend Mate 7” smartfonunu təqdim edib
Çinin “Huawei Technologies” şirkəti Berlində start götürmüş “IFA2014” sərgisində metal korpus və “Full HD” təsvir ölçülü böyük 6 düymlük ekranla təchiz edilmiş “Ascend Mate 7” qabaqcıl smartfonunu nümayiş etdirib. Şirkətdən bildirilib ki, “Mate 7” smartfonunda akkumulyatorun tutumu “Galaxy Note 4” ilə müqayisədə 30% daha çoxdur.“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Huawei”nin nümayəndələri bildiriblər ki, 5.5 düymdən böyük ekranlı smartfonlara istehlak marağı artır. “IDC” şirkətindən bildirilib ki, cari ildə böyük smartfonların tədarükü ötən illə müqayisədə 209% artacaq. Müqayisə üçün müvafiq dövrdə smartfonların ümumi tədarükü 12,8% artacaq.
Məhz “Samsung” şirkəti böyük ekranlı qurğuların populyarlaşmasına kömək edib, ancaq hazırda demək olar ki, bütün əsas istehsalçılar fablet (böyük ekranlı smartfonlar) buraxır. “Mate 7” smartfonu da fabletlərin bir nümayəndəsidir.
“Note4”-də olduğu kimi “Mate 7” qurğunun arxa tərəfində barmaq izi skaneri, “LTE-Advanced” və 13 meqapiksellik kamera ilə təchiz edilib. Akkumulyatorun tutumu 4100 milliamper/saat təşkil edir.
Smartfonun 16 QB-lıq versiyası 2 QB əməli yaddaşa malikdir və qiyməti 499 avrodur, 32 QB-lıq versiya 3 QB yaddaşa malikdir və qiyməti 599 avrodur.
Emil Hüseynov
Baxış sayı: 1475
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib