Tarix:08/09/14
Bundan sonra Yaponiya hava yollarının bütün təyyarələrində elektron qurğuları xüsusi “uçuş zamanı” rejiminə keçirməklə onların geniş çeşidindən istifadə etmək mümkün olacaq. Rejim mobil rabitə qurğusunu söndürəcək, eyni zamanda zəng etməyi və ya SMS göndərməyi qeyri-mümkün edəcək. Lakin Yaponiyada əksər daxili aviamarşrutlar simsiz “Wi-Fi” internet sistemi ilə təchiz olunduğuna görə uçuş zamanı internetə qoşulmaq imkanı olacaq.
Yaponiya mütəxəssislərinin fikrincə, bu ciddi dəyişikliyin yaratdığı başlıca üstünlüklərdən biri sərnişinlərin qanuni şəkildə öz qurğuları ilə təyyarənin qalxması və enməsi zamanı onun şəklini və ya videosunu çəkə bilməsindədir, - “İTAR-TASS” yazır.
Yaponiya aviaşirkətləri qalxma və enmə zamanı elektron qurğulardan istifadəyə icazə verib
Yaponiya aviadaşıyıcıları təyyarənin qalxması və enməsi zamanı elektron qurğulardan istifadəyə qoyulan qadağanı ləğv etmək barədə qərar qəbul edib. Dövlət Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi ABŞ və Avropa İttifaqında analoji tendensiyalara əsaslanaraq bu qərara gəlib.Bundan sonra Yaponiya hava yollarının bütün təyyarələrində elektron qurğuları xüsusi “uçuş zamanı” rejiminə keçirməklə onların geniş çeşidindən istifadə etmək mümkün olacaq. Rejim mobil rabitə qurğusunu söndürəcək, eyni zamanda zəng etməyi və ya SMS göndərməyi qeyri-mümkün edəcək. Lakin Yaponiyada əksər daxili aviamarşrutlar simsiz “Wi-Fi” internet sistemi ilə təchiz olunduğuna görə uçuş zamanı internetə qoşulmaq imkanı olacaq.
Yaponiya mütəxəssislərinin fikrincə, bu ciddi dəyişikliyin yaratdığı başlıca üstünlüklərdən biri sərnişinlərin qanuni şəkildə öz qurğuları ilə təyyarənin qalxması və enməsi zamanı onun şəklini və ya videosunu çəkə bilməsindədir, - “İTAR-TASS” yazır.
Baxış sayı: 850
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib