12px13px15px17px
Tarix:08/09/14

Tailand hakimiyyəti elektron siqaretlərin idxalını qadağan etmək niyyətindədir

Tailand hökuməti qanunvericiliyə elektron siqaretlərin, eləcə də qəlyanın çəkilməsi üçün istifadə olunan müxtəlif cihazların idxalının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər hazırlayır. Bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatında deyilir.
 
Yerli hakimiyyət qəlyan və elektron siqaret çəkənlərə qarşı mübarizəyə ölkənin baş naziri Prayut Çan-Oça bu problemə diqqət yetirdikdən sonra başlayıb. Baş nazir gənclər arasında populyar elektron siqaret qurğularının yayılmasından narahatlığını ifadə edib.
 
Qeyd edilir ki, Tailand Ticarət Nazirliyi siqaret çəkənlər üçün malların idxalını qadağan edən xüsusi reqlamentlərin tətbiqinə, eləcə də satış məntəqələrində kütləvi reydlərin keçirilməsinə hazırlaşır. Nazirlik nümayəndələri qərarı əsaslandırmaq üçün elektron siqaret və qəlyanın satışını və idxalını tamamilə qadağan edən 20 müxtəlif ölkənin təcrübəsinə istinad edir.
 
Bundan başqa, Tailandda tütün istehsalçıları üçün siqaret qutularının dizaynı ilə bağlı dünyanın ən sərt qanunları qüvvədədir.
 
Məlumat üçün bildirək ki, elektron siqaret və ya portativ elektron qəlyan istehsalçılar tərəfindən nikotini əvəz edən terapiya vasitəsi kimi qələmə verilən elektron inhalyatordur (inhalyasiya cihazı). İnhalyator adətən özündə tütün tüstüsünün növünü və dadını imitasiya edən nikotini generasiya edir.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretləri nikotinin elektron çatdırılma vasitələrinə aid edərək qeyd edir ki, onlardan istifadə təhlükəsizlik və nikotin asılılığından müalicənin effektivliyi baxımından lazımınca tədqiq edilməyib, - “İTAR-TASS www.itar-tass.com” yazır.



Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024