Tarix:09/09/14
Artıq 2013-cü ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) on ölkəsinin səkkizində mobil rabitə abunəçilərinin sıxlığı (abunəçi sayının əhali sayına faizdə nisbəti) 100 faizi ötüb. Burada birinci yeri 145 faizlik göstərici ilə Malayziya tutur. Malayziyanın “Maxis”, “Celcom”, “DiGi” və “Umobile” kimi nəhəng telekommunikasiya operatorları “4G” rabitə şəbəkəsini dəstəkləyən tarif planlarını təqdim edərək ikinci nəsil mobil rabitə (2G) istifadəçilərini “3G” və “4G” texnologiyalarına keçidə sövq edir. Lakin hazırda “4G” rabitəsini seçən Malayziya abunəçilərinin sayı mobil rabitə istifadəçilərinin ümumi sayının 10 faizindən çox deyil.
Bununla yanaşı, Filippin və İndoneziyanın telekommunikasiya operatorlarının istifadəçi bazası artmaqda davam edir. Xüsusilə yüksək rəqabət hazırda çoxsaylı operatorların fəaliyyət göstərdiyi İndoneziya bazarında müşahidə olunur. Bununla belə, bu bazarlarda yaranmış inkişaf şəraiti ona gətirib çıxarıb ki, operatorlar şəbəkələrin modernləşdirilməsinə maraq göstərmir, - "www.it-weekly.ru” yazır.
2016-cı ildə Cənub-Şərqi Asiya ölkələrində mobil rabitə abunəçilərinin sayı 744,4 milyona çatacaq
2016-cı ildə Cənub-Şərqi Asiya ölkələrində mobil rabitə xidməti abunəçilərinin ümumi sayı 744,4 milyon təşkil edəcək. Bunun 53,1 faizi “3G”, 39,9 faizi “2G”, 7 faizi “4G” şəbəkəsindən istifadə edəcək. Bu barədə “Digitimes Research” analitik şirkətinin məlumatında deyilir.Artıq 2013-cü ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) on ölkəsinin səkkizində mobil rabitə abunəçilərinin sıxlığı (abunəçi sayının əhali sayına faizdə nisbəti) 100 faizi ötüb. Burada birinci yeri 145 faizlik göstərici ilə Malayziya tutur. Malayziyanın “Maxis”, “Celcom”, “DiGi” və “Umobile” kimi nəhəng telekommunikasiya operatorları “4G” rabitə şəbəkəsini dəstəkləyən tarif planlarını təqdim edərək ikinci nəsil mobil rabitə (2G) istifadəçilərini “3G” və “4G” texnologiyalarına keçidə sövq edir. Lakin hazırda “4G” rabitəsini seçən Malayziya abunəçilərinin sayı mobil rabitə istifadəçilərinin ümumi sayının 10 faizindən çox deyil.
Bununla yanaşı, Filippin və İndoneziyanın telekommunikasiya operatorlarının istifadəçi bazası artmaqda davam edir. Xüsusilə yüksək rəqabət hazırda çoxsaylı operatorların fəaliyyət göstərdiyi İndoneziya bazarında müşahidə olunur. Bununla belə, bu bazarlarda yaranmış inkişaf şəraiti ona gətirib çıxarıb ki, operatorlar şəbəkələrin modernləşdirilməsinə maraq göstərmir, - "www.it-weekly.ru” yazır.
Baxış sayı: 830
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib