Tarix:09/09/14
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qurğuda “iCloud” xidmətini deaktiv etdikdə həmin qurğuda “iCloud” məlumatlar artıq istifadə edilə bilməz. Hər hansı bir qurğuda “iCloud” e-poçt, kontaktlar, təqvim, qeydlər və s. xidmətləri deaktiv etdikdə bu bölmələrdəki məlumatlara “iCloud.com” saytından yenidən daxil olmaq olar. Bəzi hallarda “iCloud” xidmətini deaktiv etdiyiniz qurğularda məlumatları həmin qurğuda saxlamaqda davam etməyi seçə bilərsiniz. Həmçinin “iCloud” xidmətini deaktiv etməmişdən əvvəl məlumatların bir surətini kompüterin yaddaşında saxlamaq olar.
Belə ki, “iOS” qurğusunda “Home Screen > Settings > iCloud”a daxil olaraq deaktiv ediləcək “iCloud” xidmətini seçmək lazımdır.
“iCloud” xidmətini tamamilə deaktiv etmək üçün “iOS” qurğusunda “Home screen > Settings > iCloud”a daxil olaraq ekranın aşağısında olan “Delete Account” (Hesabı Sil) əmrini seçmək lazımdır. Əgər “iCloud” hesabı silinsə, “iCloud” artıq “iOS” məlumatların nüsxəsini çıxartmayacaq.
“Apple”-ın rəsmi saytında istənilən əməliyyat sistemləri ilə çalışan qurğulardakı hesabların təhlükəsizliyinin təmin olunması üçün mürəkkəb şifrlərdən istifadə etmək, eyni şifrləri digər hesablarda istifadə etməmək, şifrləri müntəzəm olaraq dəyişmək və köhnə şifrləri təkrar istifadə etməmək, şifrlərinizi heç kimlə paylaşmamaq, şifr və digər gizli hesab məlumatlarını e-poçt vasitəsi ilə göndərməmək, təhlükəsizlik suallarına digər şəxslərin asanlıqla başa düşməyəcəyi cavablar vermək, şübhəli e-poçtlardan gələn linkləri açmamaq və qanuni olduğundan əmin olmadıqda veb saytlara şəxsi məlumatları daxil etməmək və s. tövsiyə edilir.
Aynur Vəliyeva
Elektron Təhlükəsizlik Mərkəzi “iCloud” xidmətindən və “Apple” qurğularından təhlükəsiz istifadə qaydalarını təqdim edib
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “iCloud” xidmətindən təhlükəsiz istifadə qaydalarını təqdim edib.Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qurğuda “iCloud” xidmətini deaktiv etdikdə həmin qurğuda “iCloud” məlumatlar artıq istifadə edilə bilməz. Hər hansı bir qurğuda “iCloud” e-poçt, kontaktlar, təqvim, qeydlər və s. xidmətləri deaktiv etdikdə bu bölmələrdəki məlumatlara “iCloud.com” saytından yenidən daxil olmaq olar. Bəzi hallarda “iCloud” xidmətini deaktiv etdiyiniz qurğularda məlumatları həmin qurğuda saxlamaqda davam etməyi seçə bilərsiniz. Həmçinin “iCloud” xidmətini deaktiv etməmişdən əvvəl məlumatların bir surətini kompüterin yaddaşında saxlamaq olar.
Belə ki, “iOS” qurğusunda “Home Screen > Settings > iCloud”a daxil olaraq deaktiv ediləcək “iCloud” xidmətini seçmək lazımdır.
“iCloud” xidmətini tamamilə deaktiv etmək üçün “iOS” qurğusunda “Home screen > Settings > iCloud”a daxil olaraq ekranın aşağısında olan “Delete Account” (Hesabı Sil) əmrini seçmək lazımdır. Əgər “iCloud” hesabı silinsə, “iCloud” artıq “iOS” məlumatların nüsxəsini çıxartmayacaq.
“Apple”-ın rəsmi saytında istənilən əməliyyat sistemləri ilə çalışan qurğulardakı hesabların təhlükəsizliyinin təmin olunması üçün mürəkkəb şifrlərdən istifadə etmək, eyni şifrləri digər hesablarda istifadə etməmək, şifrləri müntəzəm olaraq dəyişmək və köhnə şifrləri təkrar istifadə etməmək, şifrlərinizi heç kimlə paylaşmamaq, şifr və digər gizli hesab məlumatlarını e-poçt vasitəsi ilə göndərməmək, təhlükəsizlik suallarına digər şəxslərin asanlıqla başa düşməyəcəyi cavablar vermək, şübhəli e-poçtlardan gələn linkləri açmamaq və qanuni olduğundan əmin olmadıqda veb saytlara şəxsi məlumatları daxil etməmək və s. tövsiyə edilir.
Aynur Vəliyeva
Baxış sayı: 1168
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)