Tarix:09/09/14
"iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"da isə 7,1 mm-dir. Qeyd edək ki, hər iki qurğu "iPhone 5S"-dən daha nazikdir.
"iPhone 6" smartfonuna 64 bitlik "A8" prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25 faiz daha məhsuldardır. Yeri gəlmişkən qeyd edək ki, yeni smartfonlarda qrafikanın emalı da 50 faiz yaxşılaşdırılıb.
"Wi-Fi" şəbəkəsində iş zamanı avtonom iş vaxtı 10, video izləyərkən isə 14 saatadək müddəti əhatə edir. Müqayisə üçün xatırladaq ki, "iPhone 5S"-də video izləyərkən avtonom iş vaxtı 10 saat olub.
Yeni smartfonlarda soprosessor da yenilənib. Belə ki, M8 artıq şaquli səthdə, məsələn, nərdivan üzrə hərəkəti izləyə bilir.
Əsas kamera 8 meqapiksel qalsa da, "iSight" sensoru yenilənib.
"Apple" şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şıller hesab edir ki, "iPhone" smartfonu dünyanın ən məşhur videokamerası olacaq. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə şəkil çəkmək imkanı ilə təchiz edilib.
Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək. Məlumat üçün bildirək ki, artıq sentyabrın 17-dən "iOS 8" platformasını yükləmək mümkün olacaq.
İlk dəfə "iPhone" smartfonları 128 QB-lıq versiyada əlçatan olacaq. Beləliklə, "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının 16, 64 və 128 QB-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları satışa çıxarılacaq.
Emil Hüseynov
"Apple" yeni smartfonlarını təqdim edib
"Apple" şirkəti bu gün öz yeni smartfonlarını təqdim edib. Smartfonlar "iPhone 6" və "iPhone 6 Plus" adlanır və görünüş baxımından sələflərindən çox nazikdirlər. Ekranların təsvir ölçüsü retina "HD" adlanır. Ekranların diaqonalları 4.7 və 5.5 düym təşkil edir. "iPhone 6 Plus" smartfonu üçün ekranın təsvir ölçüsü 1920x1080 düym (1080p və ya Full HD), "iPhone 6" cihazında isə1334x750 nöqtə təşkil edir.
"iPhone 6" smartfonunun qalınlığı 6,9 mm, "iPhone 6 Plus"da isə 7,1 mm-dir. Qeyd edək ki, hər iki qurğu "iPhone 5S"-dən daha nazikdir.
"iPhone 6" smartfonuna 64 bitlik "A8" prosessoru quraşdırılıb ki, bu da əvvəlki ilə müqayisədə 25 faiz daha məhsuldardır. Yeri gəlmişkən qeyd edək ki, yeni smartfonlarda qrafikanın emalı da 50 faiz yaxşılaşdırılıb.
"Wi-Fi" şəbəkəsində iş zamanı avtonom iş vaxtı 10, video izləyərkən isə 14 saatadək müddəti əhatə edir. Müqayisə üçün xatırladaq ki, "iPhone 5S"-də video izləyərkən avtonom iş vaxtı 10 saat olub.
Yeni smartfonlarda soprosessor da yenilənib. Belə ki, M8 artıq şaquli səthdə, məsələn, nərdivan üzrə hərəkəti izləyə bilir.
Əsas kamera 8 meqapiksel qalsa da, "iSight" sensoru yenilənib.
"Apple" şirkətinin marketinq üzrə vitse-prezidenti Fil Şıller hesab edir ki, "iPhone" smartfonu dünyanın ən məşhur videokamerası olacaq. Yeni smartfonlar saniyədə 30 kadradək sürətlə Full HD (1080p) təsvir ölçüsündə şəkil çəkmək imkanı ilə təchiz edilib.
Yeni "iPhone" smartfonları "iOS 8" platforması ilə işləyəcək. Məlumat üçün bildirək ki, artıq sentyabrın 17-dən "iOS 8" platformasını yükləmək mümkün olacaq.
İlk dəfə "iPhone" smartfonları 128 QB-lıq versiyada əlçatan olacaq. Beləliklə, "iPhone 6" və "iPhone 6 Plus" smartfonlarının 16, 64 və 128 QB-lıq qızılı, gümüşü və tünd boz rəngdə versiyaları satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 1671
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib