Tarix:10/09/14
“The Wall Street Journal” yazır ki, ABŞ-ın “Local Motors” şirkəti Beynəlxalq istehsal texnologiyaları şousu çərçivəsində 3D printerdə elektrik avtomobili yaratmaq niyyətindədir. Beləliklə, şirkət üçölçülü modellərin çapının kütləvi istifadə üçün çox uzunmüddətli və bahalı olduğunu iddia edən tənqidçilərə cavab vermək niyyətindədir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, istehsal prosesinə bazar günü başlanılıb və cümə axşamı başa çatmalıdır. Bu müddətdə “Local Motors” akkumulyatorla işləyən “Strati” adlı ikinəfərlik avtomobil yaratmalıdır. Avtomobilin istehsalında karbon lifi ilə bərkidilmiş qara plastikdən istifadə ediləcək. Motor, oturacaqlar, təkərlər, pəncərələr ənənəvi üsulla hazırlanacaq. Maşında 47 hissə olacaq.
Avtomobil saatda 40 mil sürətlə hərəkət edəcək, akkumulyatorun şarjı 120-150 mil yürüşə hesablanıb. Şirkət bir neçə ay sonra “Strati” elektrik avtomobillərinin satışlarına başlamağı nəzərdə tutub.
Emil Hüseynov
“Local Motors” şirkəti 3D-printerdə ilk elektrik avtomobilini çap edir
Avtomobillərin qiyməti dəstindən asılı olaraq 18-30 min dollar təşkil edəcək.“The Wall Street Journal” yazır ki, ABŞ-ın “Local Motors” şirkəti Beynəlxalq istehsal texnologiyaları şousu çərçivəsində 3D printerdə elektrik avtomobili yaratmaq niyyətindədir. Beləliklə, şirkət üçölçülü modellərin çapının kütləvi istifadə üçün çox uzunmüddətli və bahalı olduğunu iddia edən tənqidçilərə cavab vermək niyyətindədir.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, istehsal prosesinə bazar günü başlanılıb və cümə axşamı başa çatmalıdır. Bu müddətdə “Local Motors” akkumulyatorla işləyən “Strati” adlı ikinəfərlik avtomobil yaratmalıdır. Avtomobilin istehsalında karbon lifi ilə bərkidilmiş qara plastikdən istifadə ediləcək. Motor, oturacaqlar, təkərlər, pəncərələr ənənəvi üsulla hazırlanacaq. Maşında 47 hissə olacaq.
Avtomobil saatda 40 mil sürətlə hərəkət edəcək, akkumulyatorun şarjı 120-150 mil yürüşə hesablanıb. Şirkət bir neçə ay sonra “Strati” elektrik avtomobillərinin satışlarına başlamağı nəzərdə tutub.
Emil Hüseynov
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib