Tarix:10/09/14
Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.
Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat təqdim ediləcək, müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance -EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
Tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı,nazir Əli Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək və ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Bundan əlavə, nazir Ə. Abbasov BMT-nin Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək "Bakutel-2014" sərgi- konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.
Azərbaycan Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində təmsil olunacaq
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 10-12-də Çin Xalq Respublikasının Tiançin şəhərində Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edəcək.Sammitdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ sahibkarlıq, xüsusilə də İKT-nin inkişafı, yüksək texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi məsələlər müzakirə olunacaq.
Sammit çərçivəsində iştirakçılara Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər haqda ətraflı məlumat təqdim ediləcək, müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq, həmçinin Azərbaycan üçün prioritet hesab olunan və BMT-nin Baş Assambleyasının qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) və ölkəmizin təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity Alliance -EuraCA) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
Tədbir zamanı panel iclaslarda iştirak etməklə yanaşı,nazir Əli Abbasov digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək və ölkələr arasında müvafiq sahələr üzrə əlaqələrin inkişafı və yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Bundan əlavə, nazir Ə. Abbasov BMT-nin Baş katibi yanında yaradılan Genişzolaqlı İnkişaf üçün Komissiya ilə birlikdə 2015-ci il yanvarın 22-də Davosda keçirilməsi planlaşdırılan sessiyaya hazırlıq və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə bu ilin dekabrın 2-də Bakıda keçiriləcək "Bakutel-2014" sərgi- konfransı ilə bağlı müzakirələrdə iştirak edəcək.
Baxış sayı: 1290
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir