Tarix:15/09/14
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “SanDisk” korporasiyası rekord tutuma (512 QB) malik “SD” formatlı yaddaş kartını buraxıb.
Sözügedən yaddaş kartı 4K (3840x2160p) formatı ilə işləyən peşəkar fotoqraf və videooperatorlar üçün nəzərdə tutulub. Kartın yaddaşında JPEG formatında 8 meqapiksel təsvir ölçülü təxminən 200 min şəkil və ya RAW formatında eyni təsvir ölçüsünə malik təxminən 20 min şəkil saxlamaq olar.
“SanDisk Extreme PRO SDXC UHS-I” yaddaş kartında məlumatların karta yazılması sürəti 90 MB/s və ötürülmə sürəti 95 MB/s təşkil edir. Yaddaş kartı yüksək və aşağı temperatur (-25°C-dən 85°C-dək), nəmlilik, mexaniki təsir və rentgen şüalarının təsirinə qarşı davamiyyət baxımından sınaqdan keçirilib.
Şirkətdən bildirilib ki, yaddaş kartlarının tutumu 11 ildə 1000 dəfə artırılıb. 2003-cü ildə şirkət 512 MB tutumunda yaddaş kartını buraxıb.
512 QB-lıq yaddaş kartının qiyməti 800 dollardır.
Emil Hüseynov
Dünyanın ən tutumlu yaddaş kartı buraxılıb
512 QB tutumunda “SD” formatlı “SanDisk” yaddaş kartı daxilində “JPEG” formatında 200 min fotoşəklin yerləşdirilməsinə imkan verir və 4K formatlı videonun çəkilməsi üçün optimallaşdırılıb.“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “SanDisk” korporasiyası rekord tutuma (512 QB) malik “SD” formatlı yaddaş kartını buraxıb.
Sözügedən yaddaş kartı 4K (3840x2160p) formatı ilə işləyən peşəkar fotoqraf və videooperatorlar üçün nəzərdə tutulub. Kartın yaddaşında JPEG formatında 8 meqapiksel təsvir ölçülü təxminən 200 min şəkil və ya RAW formatında eyni təsvir ölçüsünə malik təxminən 20 min şəkil saxlamaq olar.
“SanDisk Extreme PRO SDXC UHS-I” yaddaş kartında məlumatların karta yazılması sürəti 90 MB/s və ötürülmə sürəti 95 MB/s təşkil edir. Yaddaş kartı yüksək və aşağı temperatur (-25°C-dən 85°C-dək), nəmlilik, mexaniki təsir və rentgen şüalarının təsirinə qarşı davamiyyət baxımından sınaqdan keçirilib.
Şirkətdən bildirilib ki, yaddaş kartlarının tutumu 11 ildə 1000 dəfə artırılıb. 2003-cü ildə şirkət 512 MB tutumunda yaddaş kartını buraxıb.
512 QB-lıq yaddaş kartının qiyməti 800 dollardır.
Emil Hüseynov
Baxış sayı: 888
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib