Tarix:15/09/14
Belə ki, “Apple” şirkətinin versiyasına əsasən, ölkə paytaxtı Ottava yerini Ontario gölünün sahilinə “dəyişib”, Kanadanın burada yerləşən nəhəng Toronto şəhəri Ottavanın yerini eyniadlı çayın sahilində (hər iki şəhər Ontario əyalətində yerləşir) tutub. Edmonton şimal-qərbdə yerləşmək əvəzinə, şimal-şərqdə Kalqari şəhərinin yerində göstərilib. “Apple” xəritəsində Kvebek-Siti şəhəri əsasən fransızdilli sakinlərin yaşadığı Kvebek əyaləti kimi, Vankuver adası (Britaniya Kolumbiyası əyaləti) isə materikə birləşdirilmiş şəkildə qeyd olunub.
ABŞ şirkətinin nümayəndələri baş verən səhvə hələ ki münasibət bildirməyiblər.
Məlumat üçün bildirək ki, sentyabrın 9-da “Apple” Kupertino şəhərində (Kaliforniya ştatı) keçirilən mətbuat konfransında kompüter funksiyalı yeni “iWatch” saatını, eləcə də qabaqcıl “iPhone 6” və “iPhone 6 Plus” smartfon modellərini təqdim edib.
Sentyabrın 12-dən ABŞ və Kanadada smartfonlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. “Apple”ın yeni qurğuları Kanada mağazalarına sentyabrın 19-da saat 08:00-da çıxarılacaq, - “www.itar-tass.com” yazır.
ABŞ istehsalçısının saytındakı Kanada xəritəsində çoxsaylı səhvlərə yol verilib
Cümə günü yeni “iPhone 6” smartfonuna əvvəlcədən sifariş vermək qərarına gələn Kanada sakinləri ABŞ-ın “Apple” şirkətinin saytında yerləşdirilən ölkə xəritəsindəki səhvlərdən şoka düşüblər. Bu səhv bütün milli telekanallarda xəbər buraxılışlarının başlıca mövzularından biri olub.Belə ki, “Apple” şirkətinin versiyasına əsasən, ölkə paytaxtı Ottava yerini Ontario gölünün sahilinə “dəyişib”, Kanadanın burada yerləşən nəhəng Toronto şəhəri Ottavanın yerini eyniadlı çayın sahilində (hər iki şəhər Ontario əyalətində yerləşir) tutub. Edmonton şimal-qərbdə yerləşmək əvəzinə, şimal-şərqdə Kalqari şəhərinin yerində göstərilib. “Apple” xəritəsində Kvebek-Siti şəhəri əsasən fransızdilli sakinlərin yaşadığı Kvebek əyaləti kimi, Vankuver adası (Britaniya Kolumbiyası əyaləti) isə materikə birləşdirilmiş şəkildə qeyd olunub.
ABŞ şirkətinin nümayəndələri baş verən səhvə hələ ki münasibət bildirməyiblər.
Məlumat üçün bildirək ki, sentyabrın 9-da “Apple” Kupertino şəhərində (Kaliforniya ştatı) keçirilən mətbuat konfransında kompüter funksiyalı yeni “iWatch” saatını, eləcə də qabaqcıl “iPhone 6” və “iPhone 6 Plus” smartfon modellərini təqdim edib.
Sentyabrın 12-dən ABŞ və Kanadada smartfonlar üçün əvvəlcədən sifarişlərin qəbuluna başlanıb. “Apple”ın yeni qurğuları Kanada mağazalarına sentyabrın 19-da saat 08:00-da çıxarılacaq, - “www.itar-tass.com” yazır.
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib