Tarix:15/09/14
“Google”dan bildirilib ki, layihə hələ ki Hindistan istehsalçılarının (Micromax, Karbonn və Spice Mobiles) dəstəyi ilə həyata keçirilir. Bu şirkətlərin istehsalı olan smartfonların qiyməti təxminən 100 dollar təşkil edir. Bütün cihazlar texniki xarakteristikalarına görə bir-birinə oxşardır. Aparatlar 845×480 piksel təsvir ölçülü 4,5 düymlük ekranlar, dördnüvəli “Mediatek” prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib, iki SİM kart dəstəkləyir və “Android 4.4” platforması ilə işləyirlər.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Android One” proqramı çərçivəsində hazırlanan smartfonlar ilk öncə Hindistanda, daha sonra İndoneziya və Filippində satılacaq. Layihə genişlənəcək, tezliklə “Acer”, “Alcatel”, “Asus”, “HTC,” “Intex”, “Lava”, “Lenovo”, “Panasonic” və “Xolo” kimi şirkətlər onu dəstəkləyəcək.
Emil Hüseynov
“Google” şirkəti “Android One” layihəsi çərçivəsində ucuz smartfonlarını buraxıb
“Google” korporasiyası “Android One” proqramı çərçivəsində həyata keçiriləcək birinci telefonların satışlarına başlayıb. Layihə inkişaf etməkdə olan ölkələrdə “Android” platformasının aktual yenilənən versiyasına malik ucuz, keyfiyyətli smartfonların yayılmasını nəzərdə tutur.“Google”dan bildirilib ki, layihə hələ ki Hindistan istehsalçılarının (Micromax, Karbonn və Spice Mobiles) dəstəyi ilə həyata keçirilir. Bu şirkətlərin istehsalı olan smartfonların qiyməti təxminən 100 dollar təşkil edir. Bütün cihazlar texniki xarakteristikalarına görə bir-birinə oxşardır. Aparatlar 845×480 piksel təsvir ölçülü 4,5 düymlük ekranlar, dördnüvəli “Mediatek” prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib, iki SİM kart dəstəkləyir və “Android 4.4” platforması ilə işləyirlər.
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Android One” proqramı çərçivəsində hazırlanan smartfonlar ilk öncə Hindistanda, daha sonra İndoneziya və Filippində satılacaq. Layihə genişlənəcək, tezliklə “Acer”, “Alcatel”, “Asus”, “HTC,” “Intex”, “Lava”, “Lenovo”, “Panasonic” və “Xolo” kimi şirkətlər onu dəstəkləyəcək.
Emil Hüseynov
Baxış sayı: 881
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib