12px13px15px17px
Tarix:16/09/14

“4K” televizor bazarının həcmi bir neçə dəfə artacaq

Yüksək təsvir ölçülü (Ultra HD, 4K) televizor bazarının həcmi sürətlə populyarlaşır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Market Intelligence and Consulting Institute” (MIC) analitik təşkilatından Tayvan ekspertlərinin proqnozuna əsasən, 2014-cü ildə “Ultra HD” televizor panellərinin qlobal tədarükü 17,23 milyon təşkil edəcək ki, bu da ötən illə müqayisədə 473% daha yüksəkdir. İlin sonunadək “4K” seqmenti LCD TV qlobal ekran bazarının 7.2%-ni tutacaq.
 
“4K” televizor bazarında böyük sayda iştirakçı olduğundan rəqabət kəskinləşir, buna görə də “Samsung” və “Sony” şirkətləri daxil olmaqla, liderlər öz məhsullarının qiymətini azaltmağa məcburdurlar. 1.5 ildə “Samsung” şirkəti 3840x2160 piksel təsvir ölçülü 55 düymlük televizorlarının qiymətini 45.4% ucuzlaşdırıb: 2014-cü ilin martında televizorların qiyməti ABŞ-da 3 min dollar olub. 2013-cü ilin avqustunda bu göstərici 5.5 min dollar təşkil edib.
 
Emil Hüseynov



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024