12px13px15px17px
Tarix:16/09/14

“Sony Xperia Z3” smartfonları tezliklə Azərbaycanda satışa çıxarılacaq

Sentyabr ayının gəlməsi ilə  texnoloji sahədə canlanma müşahidə olunur. Belə ki, bir-birinin ardınca yeni telefon modelləri istifadəçilərə təqdim edilməyə başlandı.
 
 Bu yeniliklərdən biri də texnologiya nəhəngi "Sony" tərəfindən təqdim edildi. "Z2" modelinin təqdimatından çox az müddət keçmiş,  Berlində "Xperia Z3" modelinin təqdimatını keçirməklə, istifadəçilərə sürpriz edən "Sony", yenə də diqqəti öz üzərinə çəkməyi bacardı.
 
Dünyanın ən yaxşı foto və video kamerasını 4K çəkiliş xüsusiyyəti ilə özündə birləşdirən "Xperia Z3" modeli, 20.7 MPX arxa, 2.2 ön kameraya malikdir.   Full HD (1920x1080 piksel)  5.2 düymlük ekranı olan telefon, 152 qram, 7.35 mm qalınlıqda olmaqla, indi daha incə və  daha yığcamdır. 3100 mAH batareya ilə təchiz edildiyinə görə, bütün gün ərzində enerji saxlama qabiliyyətinə malikdir.
 
Dörd fərqli rəngdə satışa buraxılacaq bu telefon, 3Gb RAM-a, 16 Gb daxili yaddaş və 128 GB yaddaş kartını dəstəkləyəcək gücə sahibdir.
 
Və əlbəttə ki, "Sony" telefonlarının ən diqqətçəkən xüsusiyyəti olan su və tozkeçirməzlik funksiyası, bu telefonda daha da möhkəmləndirilib. Beləliklə, "Sony" inanılmaz xüsusiyyətlərə malik olan "Xperia Z3" modeli ilə bazarda yeni bir canlanma yaratmağı bacardı.
 
"Sony" telefonlarının Azərbaycanda rəsmi distribütoru olan "Caspian Mobile" şirkəti yaxınlarda "Xperia Z3" telefonlarının ölkəmizdə satışını təşkil edəcəkdir.
 
 
Alıcılar  bütün mağazalardan "Caspian Mobile" zəmanəti olan, "Xperia Z3" modelini əldə edə və inanılmaz imkanlarından yararlana biləcək.
 
RƏVAN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024