12px13px15px17px
Tarix:18/09/14

“Apple” şirkəti oktyabrın 21-də yeni “iPad” planşetini nümayiş etdirəcək

“Daily Dot” nəşri etibarlı mənbələrə istinadən yazır ki, “Apple” şirkəti oktyabrın 21-də “iPad” planşet kompüterinin yeni nəslini nümayiş etdirəcək.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədbirdə tam ölçülü altıncı nəsil “iPad” planşeti, həmçinin üçüncü nəsil yığcam “iPad mini” planşetlərinin nümayişi gözlənilir. Proqnoza görə, yeni planşetlər 9,7 və 7,9 düym diaqonallı ekranla təchiz olunacaq.
 
Bundan başqa, oktyabrın 21-də “Apple” şirkəti kompüterlər üçün “OS X 10.10 Yosemite” əməliyyat sisteminin yekun versiyasının çıxarılma tarixini elan edə bilər.
Xatırladaq ki, “Apple” sabah iki yeni smartfonunun (iPhone 6 və iPhone 6 Plus) satışlarına başlayacaq. 2015-ci ilin əvvəlində “Apple Watch” smart saatının çıxarılması planlaşdırılıb. Bu gündən istifadəçilər yeni “iOS 8” əməliyyat sistemini yükləyə bilərlər.
 
Emil Hüseynov




Baxış sayı: 847

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024