12px13px15px17px
Tarix:22/09/14

Ekran istehsalçıları rekorda imza atıb

9 düymdən böyük diaqonallı maye kristal panellərin qlobal tədarükü  artaraq bu yaxınlarda yeni, rekord səviyyəyə çatıb.

“NPD DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2014-cü ilin avqustunda ekran istehsalçıları sözügedən məhsuldan birgə 13,36 milyon kv.metr  buraxıblar. Ayın nəticəsinə görə, belə yüksək göstərici ilk dəfə qeydə alınıb. Əvvəlki rekord (12,64 milyon kv.metr) cari ilin iyununda qeydə alınıb.


“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, böyük ölçülü maye kristal panellərinin tədarük həcmi 60,94 milyon olub ki, bu da iyulla müqayisədə 6% yüksəkdir.

Noutbuklar üçün displey və maye kristal televizor seqmentlərində müsbət dinamika qeydə alınıb. Birincinin tədarük həcmi 8% artaraq 17,3 milyon, ikincidə 5% artaraq 22 milyon olub.

Emil Hüseynov
 
 



Baxış sayı: 828

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024