12px13px15px17px
Tarix:23/09/14

“LG” şirkəti “Wine Smart” smartfonunu nümayiş etdirib

“LG” şirkəti açılıb-bağlanan formada hazırlanmış “Wine Smart” telefonunu nümayiş etdirib. Aparat 3,5 düymlük ekran (480x320 nöqtə), 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, həmçinin 8 meqapiksellik əsas və ön kamera ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, çıxarılıb taxılan akkumulyatorun tutumu 1700 milliamper/saat təşkil edir. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə 4 QB təşkil edir. “Wine Smart” aparatı “Android 4.4” (KitKat) əməliyyat sistemi ilə işləyir. “Wi-Fi”, “Bluetooth 4.0” simsiz rabitə modulu var, həmçinin LTE şəbəkəni dəstəkləyir.

Bundan başqa, smartfonda messencerə sürətli giriş üçün ayrıca düymə nəzərdə tutulub. Qurğunun ölçüsü 118,6x59,4x16,9 mm, çəkisi 141 qr təşkil edir.

“LG” şirkəti əmin edir ki, yeni aparat münasib qiymətə satılacaq.

Emil Hüseynov
 



Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Fevral 2020

24/02/20
Robot ilk dəfə mikrocərrahiyyə əməliyyatı keçirib

Niderlandlı alimlər tərəfindən təqdim edilmiş robot ilk dəfə uğurlu mikrocərrahiyyə əməliyyatı keçirib

24/02/20
Ştutqart Aeroportunda ekzoskeletlər yükdaşıyanlara kömək edəcək (VİDEO)

Almaniyanın Ştutqart Aeroportunda xüsusi ekzoskeletlər yükdaşıyanların istifadəsinə verilib.

24/02/20
Avropa İttifaqında süni intellekt sahəsinin tənzimlənməsi üzrə plan hazırlanıb

Avropa Komissiyası süni intellekt sənayesi üçün tənzimləyici norma və tələblərin yaradılması üzrə plan tə

24/02/20
Ən sürətli internet hansı ölkədədir?

“WebsiteToolTester” şirkəti hesabat dərc edərək ən sürətli internetin olduğu dünya ölkələrinin siyahısını

23 02 2020