12px13px15px17px
Tarix:23/09/14

Dünyanın ən nazik smartfonu “Ginnesin Rekordlar Kitabı”na salınıb


Çinin "Gionee" şirkəti dünyanın ən nazik smartfonunun istehsalçısı elan edilib. Şirkətin "Gionee Elife S5.1" modeli "Ginnesin Rekordlar Kitabı"na salınıb. Bu qurğuda korpusun qalınlığı 5,1 mm təşkil edir.
 
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Gionee Elife S5.1" orta səviyyəli smartfon tipinə məxsusdur. Qurğu 1280 x 720 piksel təsvir ölçülü 4,8 düymlük AMOLED ekran, dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 1 QB əməli və 16 QB daxili yaddaş, 5 meqapiksellik ön və 8 meqapiksellik əsas kameralarla təchiz edilib.
 
 
 
Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. Aparata "Amigo 2.0" istifadəçi interfeysinə malik "Android 4.3" əməliyyat sistemi quraşdırılıb.
 
Rekorda imza atmış smartfon Çində təxminən 325 dollara satılır. Qara, ağ, çəhrayı və nanəli yaşıl rəngli korpuslara malik smartfonlar əlçatandır.
 
Emil Hüseynov



Baxış sayı: 1070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024