Tarix:25/09/14
Bu gün “Samsung Galaxy Note 4” fabletinin satışlarına start münasibəti ilə tədbirdə çıxış etmiş “Samsung”un mobil bölməsinin marketinq və satış bölməsinin direktoru Li Don-Cu belə bəyanatla çıxış edib. Top-menecer bildirib ki, yeni aparata tələbat əvvəlki modellərlə müqayisədə yüksək olmalıdır, xeyli sayda ilkin sifariş edilməsi buna əyani sübutdur.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Li Don-Cu deyib ki, başqa istehsalçıların 5-6 düymlük smartfonları öz praktikliyi ilə “S Pen” elektron qələmi ilə təchiz olunmuş “Galaxy Note 4” ilə müqayisə oluna bilməz.
Bundan başqa, yeni aparat 2560x1440 piksel təsvir ölçülü 5.7 düymlük “Super AMOLED” ekran, 3 QB əməli və 32 QB daxili yaddaş, 16 meqapiksellik əsas və 3,7 meqapiksellik ön kameralar, həmçinin sürətli enerjidoldurma texnologiyasına malik 3220 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Aparata “Android 4.4.3” əməliyyat sistemi quraşdırılıb, aparat hissəsindən modifikasiyadan asılı olaraq “Qualcomm Snapdragon 805” və “Samsung Exynos 5433” prosessorları cavabdehlik daşıyır.
“Samsung Galaxy Note 4” sentyabrın 25-də ilk öncə Cənubi Koreya və Çində satışa çıxarılacaq. Oktyabrın sonuna kimi model daha 140 ölkənin bazarında əlçatan olacaq.
Emil Hüseynov
Qabaqcıl “Samsung Galaxy Note 4” fabletinin satışlarına başlanılıb
Analitiklərin pessimist proqnozuna və “Samsung”un səhmlərinin qiymətinin azalmasına baxmayaraq, şirkət rəhbərliyi əmindir ki, Cənubi Koreya nəhənginin mobil biznesi öz möhkəm özülü və texnoloji gücü sayəsində tezliklə bərpa olacaq.Bu gün “Samsung Galaxy Note 4” fabletinin satışlarına start münasibəti ilə tədbirdə çıxış etmiş “Samsung”un mobil bölməsinin marketinq və satış bölməsinin direktoru Li Don-Cu belə bəyanatla çıxış edib. Top-menecer bildirib ki, yeni aparata tələbat əvvəlki modellərlə müqayisədə yüksək olmalıdır, xeyli sayda ilkin sifariş edilməsi buna əyani sübutdur.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Li Don-Cu deyib ki, başqa istehsalçıların 5-6 düymlük smartfonları öz praktikliyi ilə “S Pen” elektron qələmi ilə təchiz olunmuş “Galaxy Note 4” ilə müqayisə oluna bilməz.
Bundan başqa, yeni aparat 2560x1440 piksel təsvir ölçülü 5.7 düymlük “Super AMOLED” ekran, 3 QB əməli və 32 QB daxili yaddaş, 16 meqapiksellik əsas və 3,7 meqapiksellik ön kameralar, həmçinin sürətli enerjidoldurma texnologiyasına malik 3220 milliamper/saat tutumunda akkumulyatorla təchiz olunub. Aparata “Android 4.4.3” əməliyyat sistemi quraşdırılıb, aparat hissəsindən modifikasiyadan asılı olaraq “Qualcomm Snapdragon 805” və “Samsung Exynos 5433” prosessorları cavabdehlik daşıyır.
“Samsung Galaxy Note 4” sentyabrın 25-də ilk öncə Cənubi Koreya və Çində satışa çıxarılacaq. Oktyabrın sonuna kimi model daha 140 ölkənin bazarında əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 870
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib