12px13px15px17px
Tarix:29/09/14

“Huawei X3”: 8 nüvəli çip və “LTE Cat 6” şəbəkəsini dəstəkləyən birinci smartfon

“Huawei Technologies” şirkəti yeni “X3” smartfonunu nümayiş etdirib. Yeni aparat səkkiznüvəli çiplə təchiz edilib və “LTE Cat 6” şəbəkəsini dəstəkləyir. Çin şirkətinin iddiasına görə, bazarda mövcud heç bir telefonda belə funksional tandem yoxdur.

“Huawei X3” modeli 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera 13 meqapikseldir, foto işıqlandırıcı əlavə edilib və f/2.0 diafraqmasına malikdir. “Selfi” və videozənglər üçün 5 meqapiksellik ön fotomodul quraşdırılıb. Şəkillərin sürətli korreksiyası üçün xüsusi proqram təminatı nəzərdə tutulub.

Cihaz 3100 milliamper/saat tutumlu akkumulyatorun köməyi ilə şarj toplayır. İstehsalçılar danışıq rejimində avtonom iş vaxtının 16 saat olduğunu bildirirlər. Aparat xüsusi enerjiyə qənaət edən rejimə malikdir, belə ki, batareyada enerji ehtiyatı 10%-dək azalarsa, smartfon şarj toplamadan 24 saat işləyə bilər.

“Huawei X3” smartfonu saniyədə 300 Mbit-dək yükləmə sürətinə malik “LTE Cat.6” şəbəkəsini dəstəkləyir. Dəstəklənən kommunikasiyaların siyahısında, həmçinin “Wi-Fi 802.11a/b/g/n”, “Bluetooth 4.0” və “GPS/QLONASS” var. Aparata “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
Smartfonun satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.

Emil Hüseynov
 
 



Baxış sayı: 1464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024