Tarix:01/10/14
Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.
Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.
İclasda qeyd olunub ki, Azərbaycan və Estoniya respublikaları arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin əsasını prezidentlər İlham Əliyev və Toomas Hendrik İlvesin 2009 və 2010-cu illərdə rəsmi səfərləri zamanı imzalanan bəyannamələr təşkil edir.
Razılaşmaların praktiki şəkildə həyata keçirilməsində mühüm alət ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyadır.
Hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasda nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı iqtisadi fəaliyyətin hazırkı formatda praktiki əhəmiyyətini qeyd ediblər.
Hökumətlərarası komissiyanın iclası bir daha tərəflərin iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönələn bir sıra layihələrin həyata keçirilməsinə səy göstərməsini nümayiş etdirib.
İclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri – Urve Palo və Əli Abbasov tərəfindən protokol imzalanıb.
Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.
Nazir Əli Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
Nazir və onu müşayiət edən şəxslər səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Əli Abbasov Estoniya baş naziri Taavi Rıyvas ilə görüşüb.
O, Azərbaycan nümayəndə heyətini "Elektron hökumət"in işi ilə tanış edib.
Səfər zamanı Əli Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə söyləyib.
Səfər çərçivəsində nümayəndə heyəti "e-Estonia Showroom" ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın "Tehnopolis" Texnoloji Parkının təqdimatı keçirilib.
Bundan başqa, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan "e-government Academy" Elektron İdarəetmə Akademiyasına da baş çəkib.
Komissiyanın ikinci iclasının keçirilməsi münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi adından qəbul təşkil olunub. Qəbulda Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, parlament üzvləri, nazirlər, eləcə də biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Qəbulda giriş nitqi ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov çıxış edib. Tədbirdə çıxış edən nazir Əli Abbasov hökumətlərarası komissiyanın işi və ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb, həmçinin Azərbaycan istehsalı olan "AZPAD" planşet kompüterini təqdim edib. Əli Abbasov planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.
Estoniyanın "Qrasiya" rəqs qrupunun ifasında Azərbaycan rəqslərinin ifası görüşə milli kolorit verib.
Keçirilən görüşlərdə və təşkil olunan tədbirlərdə nümayəndə heyətini Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov müşayiət edib.
Nazir Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Estoniyada hökumətlərarası komissiyanın iclasında iştirak edib
Sentyabrın 30-da Tallində Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib.Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə energetika və sənaye nazirinin müavini Natiq Abbasov, vergilər nazirinin müavini Sahib Ələkbərov, eləcə də Xarici İşlər, Sənaye və Energetika, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nümayəndələri daxil olublar.
Estoniya tərəfdən isə iclasda iqtisadi əlaqələr və infrastruktur naziri xanım Urve Palonun rəhbərlik etdiyi komissiya üzvləri iştirak ediblər.
İclasda qeyd olunub ki, Azərbaycan və Estoniya respublikaları arasında ikitərəfli siyasi və iqtisadi münasibətlərin əsasını prezidentlər İlham Əliyev və Toomas Hendrik İlvesin 2009 və 2010-cu illərdə rəsmi səfərləri zamanı imzalanan bəyannamələr təşkil edir.
Razılaşmaların praktiki şəkildə həyata keçirilməsində mühüm alət ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyadır.
Hökumətlərarası komissiyanın ikinci iclasında sənaye və energetika, informasiya-kommunikasiya texnologiyaları (İKT), maliyyə, gömrük rüsumu və vergilər, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, gənclər siyasəti, təhsil və elmi tədqiqatlar, sosial təminat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasda nümayəndə heyətlərinin rəhbərləri qarşılıqlı iqtisadi fəaliyyətin hazırkı formatda praktiki əhəmiyyətini qeyd ediblər.
Hökumətlərarası komissiyanın iclası bir daha tərəflərin iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yönələn bir sıra layihələrin həyata keçirilməsinə səy göstərməsini nümayiş etdirib.
İclasın yekunlarına dair Estoniya və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri – Urve Palo və Əli Abbasov tərəfindən protokol imzalanıb.
Tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağını nəzərə alaraq həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.
Nazir Əli Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi ideyasını dəstəkləyir, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılmasına zəmin yaradacaq.
Nazir və onu müşayiət edən şəxslər səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Əli Abbasov Estoniya baş naziri Taavi Rıyvas ilə görüşüb.
O, Azərbaycan nümayəndə heyətini "Elektron hökumət"in işi ilə tanış edib.
Səfər zamanı Əli Abbasov həmçinin Tallin Texniki Universitetinin rektoru ilə görüşüb, akademik və tələbə auditoriyası qarşısında mühazirə söyləyib.
Səfər çərçivəsində nümayəndə heyəti "e-Estonia Showroom" ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın "Tehnopolis" Texnoloji Parkının təqdimatı keçirilib.
Bundan başqa, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti vəzifəsi ictimai dialoq və demokratik idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olan "e-government Academy" Elektron İdarəetmə Akademiyasına da baş çəkib.
Komissiyanın ikinci iclasının keçirilməsi münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi adından qəbul təşkil olunub. Qəbulda Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, parlament üzvləri, nazirlər, eləcə də biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Qəbulda giriş nitqi ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov çıxış edib. Tədbirdə çıxış edən nazir Əli Abbasov hökumətlərarası komissiyanın işi və ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb, həmçinin Azərbaycan istehsalı olan "AZPAD" planşet kompüterini təqdim edib. Əli Abbasov planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.
Estoniyanın "Qrasiya" rəqs qrupunun ifasında Azərbaycan rəqslərinin ifası görüşə milli kolorit verib.
Keçirilən görüşlərdə və təşkil olunan tədbirlərdə nümayəndə heyətini Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov müşayiət edib.
Baxış sayı: 1701
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir