Tarix:01/10/14
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cihazların modulyar konsepsiyası istifadəçilərə müxtəlif bloklardan hazır məhsulları sərbəst yığmağa imkan verəcək. Korpusun ölçüsündən asılı olaraq, aparatda 5-dən 10-dək modul istifadə ediləcək. Bu cür konstruksiya istifadəçinin ehtiyaclarından asılı olaraq smartfonun funksionallığını artırmağa kömək edəcək. Məsələn, məşq zamanı aparata kalorin sayğacı modulunu qoşmaq, səyahət zamanı isə aparatı ikinci akkumulyatorla təchiz etmək mümkün olacaq.
Yermenko deyib ki, modulyar smartfonun akkumulyator daxil olmaqla, bir çox elementlərini qurğunu söndürmədən əvəz etmək mümkün olacaq. Ekran və prosessor istisnadır. “Project Ara” çərçivəsində buraxılan telefonlar “Android L” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasından istifadə edəcəklər.
Yeryomenko deyir ki, modulyar smartfon layihəsinin inkişafı çoxlu sayda tərəfdaşların köməyi hesabına nəzərəçarpacaq dərəcədə sürətlənib.
Emil Hüseynov
2015-ci ildə modulyar smartfonlar bazara çıxarılacaq
“Google Project Ara” layihəsinin rəhbəri Pol Yeryomenko modulyar smartfonların hazırlanması ilə bağlı ətraflı məlumat verib. Modulyar smartfonların çıxarılması növbəti ilin əvvəlinə nəzərdə tutulub."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cihazların modulyar konsepsiyası istifadəçilərə müxtəlif bloklardan hazır məhsulları sərbəst yığmağa imkan verəcək. Korpusun ölçüsündən asılı olaraq, aparatda 5-dən 10-dək modul istifadə ediləcək. Bu cür konstruksiya istifadəçinin ehtiyaclarından asılı olaraq smartfonun funksionallığını artırmağa kömək edəcək. Məsələn, məşq zamanı aparata kalorin sayğacı modulunu qoşmaq, səyahət zamanı isə aparatı ikinci akkumulyatorla təchiz etmək mümkün olacaq.
Yermenko deyib ki, modulyar smartfonun akkumulyator daxil olmaqla, bir çox elementlərini qurğunu söndürmədən əvəz etmək mümkün olacaq. Ekran və prosessor istisnadır. “Project Ara” çərçivəsində buraxılan telefonlar “Android L” əməliyyat sisteminin modifikasiya edilmiş versiyasından istifadə edəcəklər.
Yeryomenko deyir ki, modulyar smartfon layihəsinin inkişafı çoxlu sayda tərəfdaşların köməyi hesabına nəzərəçarpacaq dərəcədə sürətlənib.
Emil Hüseynov
Baxış sayı: 1048
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib