12px13px15px17px
Tarix:01/10/14

“Samsung” ilk bükük kompüter monitorunun satışına başlayır

“Samsung” şirkəti 2014-cü il oktyabrın 1-dən ABŞ-da bükük maye kristal monitorların satışına başlayacaq.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Samsung S27D590C” modeli 1920x1080 piksel təsvir ölçülü, 3000:1 kontrastlıq əmsalı, 350 kd/kv.m parlaqlıq və 178 dərəcə baxış bucağına malik 27 düymlük matrislə təchiz edilib. “DisplayPort”, “HDMI” və “VGA” konnektorlarına malikdir.

“Samsung”un mətbuat xidmətindən bildirilib ki, bükük formalı ekran düz formalı ilə müqayisədə oyun prosesi və film atmosferində olduğu kimi təsəvvür etməyə imkan verir. Bükük ekran, həmçinin 3D effekti yaradır.

“Samsung” bükük monitor hazırlayan yeganə şirkət deyil. “Dell” və “LG” şirkətləri də müvafiq məhsullarını elan ediblər.

Emil Hüseynov



Baxış sayı: 1048

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024